Çərəz politikası
Çərəz (Cookie) nədir?

Çərəzlər mətn və ya nömrə formasında olan kiçik məlumat fayllarıdır. Onlar vebsayt tərəfindən kompyuterin və ya internet brauzeri olan digər hər hansı cihazın yaddaşında saxlanılır və nəticədə siz növbəti dəfə sayta daxil olanda cihazınız sayt tərəfindən tanınır. Çərəzlər siz sayta ilk dəfə daxil olanda yadda saxlanılır. Çərəzlərdən müxtəlif məqsədlər ilə istifadə olunsa da onlar başlıca olaraq vebsaytın səmərəli fəaliyyətini təmin etmək və istifadəçilərin onlayn seçimləri barədə məlumatları toplamaq və saxlamaq məqsədi daşıyırlar. Çərəzlər sayəsində istifadəçinin hər dəfə sayta daxil olmaq üçün eyni məlumatları qeyd etməyinə ehtiyac qalmır, ona görə də internetdən istifadə daha asan olur. Çərəzlər kompyuter viruslarının və ya digər zərərli proqramların yayılmasına səbəb olmayan passiv fayllardır. Veb saytlar istifadəçilərin məlumatlarını və seçimlərini yadda saxlamaq üçün çərəzlər vasitəsilə məlumat toplayırlar. Bu məlumatlara alış-veriş kartındakı məlumatlar, istifadəçinin sayta daxil olub olmaması, saytdan necə istifadə etməsi və s. məlumatlar daxildir. Çərəzlər, adətən, siz brauzeri bağlayanda avtomatik olaraq silinir (‘sessiya’ çərəzləri). Həmçinin, çərəzlər üçün müəyyən bir tarix təyin oluna bilər. Belə olduqda məlumatlar sadəcə müəyyən bir müddət ərzində yaddaşda saxlanılır və müddətin başa çatdığı tarixdə çərəzlər (“davamlı” çərəzlər) silinir. Davamlı çərəzlər, əsasən, sərt diskdə saxlanılır. Eyni zamanda, birinci tərəf çərəzlər (istifadəçinin daxil olduğu vebsaytlar tərəfindən yaradılmış) və üçüncü tərəf çərəzlər (istifadəçinin daxil olduğu vebsayt üzrə üçüncü tərəfin daxili linklər ilə yaratdığı) arasında fərq mövcuddur. Üçüncü tərəf çərəzlər, adətən, veb təhlil proqramları, reklamçılar və s. tərəfindən başlıca olaraq marketinq məqsədləri ilə yaradılır.

Çərəzlərdən necə istifadə olunur?

Biz çərəzlərdən saytımızı müntəzəm şəkildə təkmilləşdirmək və yeniləmək, həmçinin, istifadəçilərin saytdan istifadəsini asanlaşdırmaq üçün istifadə edirik. İstifadəçilərdən topladığımız məlumatlar anonim qalır və biz çərəzlər vasitəsilə əldə etdiyimiz məlumatları sizin haqqınızdakı digər məlumatlar ilə birləşdirmək hüququna malik deyilik. Sizin məlumatlarınızı yalnız ILK.AZ saytı əldə edə bilər. Saytımızdakı məlumat və xidmətlərin müntəzəm qaydada təkmilləşdirilməsi məqsədilə biz davamlı şəkildə anonim statistik təhlil həyata keçiririk. Saytımızdan istifadəni təhlil etmək və saytdan istifadəyə dair statistika müəyyən etmək üçün biz Google Analytics çərəzlərdən istifadə edirik. Bu, təhlil və statistika saytımızdakı xətaları müəyyən etmək və saytdan istifadəni təkmilləşdirmək üçün bizə kömək edir. Google Analytics çərəzlər siz müəyyən bir səhifəni oxuyan zaman sizin brauzerinizi tanımaq üçün istifadə olunan və təsadüfi müəyyən edilən İD-dən ibarətdir. Bu çərəzlərdə heç bir şəxsi məlumat saxlanılmır və onlardan yalnız vebsaytın təhlil üçün istifadə olunur.

Çərəzlərdən necə imtina etmək olar?

Biz ümid edirik ki, saytdan istifadənizi asanlaşdırmaq üçün siz bizim çərəzlər yaratmağımıza icazə verəcəksiniz. Amma brauzerinizdə müvafiq tənzimləmə aparmaqla siz çərəzlərin yaranmasından imtina edə və ya çərəzlər yaranmazdan öncə bu barədə bildiriş ala bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, çərəzlərin yaranmasından imtina etməklə siz saytımızdan tam funksional şəkildə istifadə etmək imkanını itirə bilərsiniz.

Saytımızdan çərəzlər əldə etmək istəmədikdə, internet parametrləri/ qabaqcıl çərəz tənzimləmələri bölməsinə daxil ola (əksər brauzerlərdə) və saytımızı çərəzlərini blok etdiyiniz veb saytlar siyahısına əlavə edə bilərsiniz. Siz, həmçinin, brauzerinizin yaddaşındakı fərdi çərəzləri və ya bütün çərəzləri silə bilərsiniz.

Brauzerinizdə çərəzlər ilə əlaqəli ayarlar haqqında ətraflı məlumat üçün: