Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

"Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonra türkiyəli nümayəndə heyəti Milli Müdafiə Universitetində olublar. Burada qonaqlara universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə ətraflı məlumat verilib.

Görüşdə, həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
253 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən...
  • 43 dəq. əvvəl
  • 11
Parisin hava limanlarının işçiləri tətil edəcəklər
Parisin Orli, Le Burje və Şarl de Qoll hava limanlarının işçiləri Olimpiya Oyunları zamanı...
  • 1 saat əvvəl
  • 13
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin...
  • 2 saat əvvəl
  • 20
Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Göyçayda yol qəzası baş verib, xəsarət alan var. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun...
  • 3 saat əvvəl
  • 38
Türkiyə İrana xilasedici qruplar göndərib
Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin...
  • 3 saat əvvəl
  • 37
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun...
  • 5 saat əvvəl
  • 43