Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt) hazırlanan hesabatda Azərbaycan səyahət istiqaməti kimi üstünlük verilən 10 ölkə arasında 38 faizlə birinci pillədə yer alıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, “Connecting Travel Insight Report” adlanan hesabat tanınmış “Jacobs Media” şirkəti tərəfindən hazırlanaraq may 7-də “ATM Dubai 2024” çərçivəsində təqdim olunub. Hesabatda göstəricilər cari ilin məlumatlarını əhatə etməklə uçuş tutumunun həcmlərinə uyğun olaraq orta artıma müvafiq hesablanıb. Azərbaycanla yanaşı onluqda Misir, Tailand, Böyük Britaniya, İtaliya, Fransa, Gürcüstan, İsveçrə, Türkiyə və Maldiv Respublikası kimi ölkələr sıralanıb.

Tədbirdə çıxış edən Ümumdünya Səyahət və Turizm Təşkilatının (WTTC) Baş icraçı Direktoru Culiya Simpson Azərbaycanın, həmçinin “Hotel Dayanıqlılığının Əsasları” proqramına qoşulmasını qeyd edərək bu təşəbbüsü yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərq regionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artım müşahidə olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
321 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun...
  • 45 dəq. əvvəl
  • 14
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub
Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.ILK.AZ...
  • 2 saat əvvəl
  • 23
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin...
  • 2 saat əvvəl
  • 22
Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib
Mayın 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının...
  • 3 saat əvvəl
  • 32
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub   YENİLƏNİB-3 VİDEO
Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində...
  • 4 saat əvvəl
  • 38
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr...
  • 5 saat əvvəl
  • 39