Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin növbəti mərkəzləşdirilmiş elmi seminarı keçirilib.

BDU-dan bildirilib ki, seminarda Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova “Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi: xərçəngə qarşı terapevtik potensialın tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi “Nanotibb və dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi” mövzusunda icmal məlumatları təqdim edib.

Aynurə Kərimova terapiyanın effektivliyinin nanohissəciklərin köməyi ilə artırılması imkanları və qarşıda dayanan əsas maneələrdən, nanoterapiyada istifadə olunan nanohissəciklər, onların quruluş və xassələrinə qoyulan əsas tələblərdən danışıb. Daha sonra “İnsan kolon karsinoma hüceyrələrində şişə qarşı effektivliyi artırmaq üçün xrizin yüklənmiş maqnetit nanohissəciklərinin səthinin müxtəlif modifikasiya strategiyaları” mövzusunda apardığı elmi tədqiqat işində kimyəvi yolla sintez edilmiş və sonradan səthi funksionallaşdırılmış maqnetit nanohissəciklərin quruluş xüsusiyyətləri, dərman yükləmə effektivliyi və dərman daşıyıcı da daxil olmaqla müxtəlif parametrlərin tənzimlənməsi məsələlərini açıqlayıb. Aynurə Kərimova cari ilin əvvəlində tədqiqatlar aparmaq üçün Almaniyanın Akademik Mübadilə Xidmətinin müvafiq proqramının dəstəyi ilə Heydelberq Universitetinin Manhaym Tibb Mərkəzində elmi ezamiyyətdə olarkən sintez etdiyi nanohissəcik-daşıyıcı və dərman sistemlərinin HCT-116 hüceyrə xətlərində şişə qarşı effektivliyin yoxlanılması istiqamətində tədqiqat aparıb.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
241 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub
Səudiyyə Ərəbistanının Kralı, 88 yaşlı Salman bin Əbdüləziz Əl Səudə pnevmoniya...
  • 21 dəq. əvvəl
  • 3
“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən...
  • 1 saat əvvəl
  • 16
Parisin hava limanlarının işçiləri tətil edəcəklər
Parisin Orli, Le Burje və Şarl de Qoll hava limanlarının işçiləri Olimpiya Oyunları zamanı...
  • 2 saat əvvəl
  • 17
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin...
  • 3 saat əvvəl
  • 25
Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Göyçayda yol qəzası baş verib, xəsarət alan var. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun...
  • 4 saat əvvəl
  • 43
Türkiyə İrana xilasedici qruplar göndərib
Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin...
  • 4 saat əvvəl
  • 45