Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Gürcüstanın Marneuli şəhərində ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, “Azərbaycan Evi”ndə keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimləri, tələbələr və icma nümayəndələri iştirak ediblər.

ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova tədbir iştirakçılarına qəbul qaydaları və Gürcüstan azərbaycanlıları üçün təklif edilən magistr proqramları barədə ətraflı məlumat verib. O bildirib ki, ADA Universiteti Gürcüstan azərbaycanlıları üçün Azərbaycan dilində “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” üzrə magistratura təhsili almaq üçün geniş imkanlar yaradır. Bu ixtisaslar hibrid formatda - əyani (semestrdə 3 həftə) və distant (daha çox onlayn) formatda tədris ediləcək. Dərslərin böyük qismi onlayn olacaq, əyani dərslər isə ADA Universitetinin Bakıdakı əsas mərkəzində, habelə Qazax Müəllimlər Seminariyasında keçiriləcək. Proqramda Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi də nəzərdə tutulub. Gürcüstan vətəndaşları təhsil haqqından azad olmaq üçün 100 faizlik qrantdan yararlana bilərlər.

Qeyd edək ki, Gürcüstan azərbaycanlıları ADA Universitetinə imtahan vermədən, sənədləri (ərizə forması, CV, bakalavr diplomu, transkript, motivasiya məktubu, pasport) təqdim etməklə və müsahibədə iştirak etməklə qəbul ola bilərlər.

Müraciət etmək üçün link: ada.edu.az/apply

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
271 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin...
  • 39 dəq. əvvəl
  • 11
Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Göyçayda yol qəzası baş verib, xəsarət alan var. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun...
  • 2 saat əvvəl
  • 30
Türkiyə İrana xilasedici qruplar göndərib
Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin...
  • 2 saat əvvəl
  • 28
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun...
  • 3 saat əvvəl
  • 36
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub
Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.ILK.AZ...
  • 4 saat əvvəl
  • 45
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin...
  • 5 saat əvvəl
  • 41