Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

Bakı Mühəndislik Universitetində (BMU) Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” çempionatında birinci yerin qalibi olan komandaların üzvləri və mentorları ilə görüş təşkil edilib.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Görüşdə BMU tələbələrindən ibarət qalib komandaları (“ROBOXIDE” və “A-MAZE”) təbrik edən rektor Yaqub Piriyev beynəlxalq yarışın önəmini vurğulayıb. Rektor yarışın həsr edildiyi, bir çox müxtəlif sahəni birləşdirən robotexnika, eyni zamanda, informasiya texnologiyaları əsaslı digər ixtisaslar üzrə peşəkar kadrlara olan tələbatdan söz açıb. İnformasiya texnologiyaları, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması istiqamətində görülən işlərə diqqət çəkən rektor BMU-da bu günlərdə açılan Kibertəhlükəsizlik laboratoriyasının tələbələrin rəqəmsal bilik və səriştələrinin inkişafını təmin edəcəyinə, onların bacarıqlarını daha da zənginləşdirəcəyinə inandığını bildirib.

Rektor qalib komandaların noyabrın 15-16-da İtaliyanın paytaxtı Romada keçirilməsi nəzərdə tutulan növbəti mərhələyə hazırlıq vəziyyəti, eləcə də tələbələrin qayğıları ilə maraqlanıb. Tələbələrin beynəlxalq yarışlarda yalnız BMU-nu deyil, ümumilikdə ölkəmizi təmsil etdiklərini vurğulayan Yaqub Piriyev bununla bağlı tapşırıq və tövsiyələrini verib.

Sonra komandaların mentorları, universitetin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimləri Əli Həsənov, Elməddin Hüseynov, tələbələr və digər tədbir iştirakçıları çıxış ediblər.

Görüşün sonunda komanda üzvləri və mentorlara fəxri fərmanlar təqdim edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
317 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Göyçayda yol qəzası baş verib, xəsarət alan var. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun...
  • 30 dəq. əvvəl
  • 6
Türkiyə İrana xilasedici qruplar göndərib
Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin...
  • 35 dəq. əvvəl
  • 7
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun...
  • 1 saat əvvəl
  • 26
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub
Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.ILK.AZ...
  • 3 saat əvvəl
  • 37
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin...
  • 3 saat əvvəl
  • 34
Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib
Mayın 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının...
  • 4 saat əvvəl
  • 44