Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Rusiya və Çin 2033-2035-ci illərdə Yerin təbii peykində atom stansiyası quraşdıracaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə “Roskosmos”un rəhbəri Yuri Borisov məlumat verib. Onun sözlərinə görə, bu missiya avtomatik olaraq robot texnikası vasitəsilə həyata keçiriləcək.

Y.Borisov əlavə edib: “Bu gün biz ciddi şəkildə 2033-2035-ci illərin sonunda bir atom elektrik stansiyasının çinli həmkarlarımızla birlikdə Ayın səthinə çatdırılması və quraşdırılması layihəsini nəzərdən keçiririk”. “Roskosmos”un rəhbəri qeyd edib ki, bu cür missiyanı avtomatik yerinə yetirmək lazım gələcək, bunun üçün lazım olan texnoloji həllər demək olar ki, hazırdır.

2021-ci ilin martında “Roskosmos” və Çinin Kosmik Agentliyi Beynəlxalq Elmi Ay Stansiyasının (BSS) yaradılmasına dair anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Ay proqramının icrası zamanı Yerin təbii peykinə “Çanqe-6”, “Çanqe-7” və “Çanqe-8” avtomatik stansiyaları göndəriləcək. İlk Ay missiyalarının məqsədi əsas texnologiyaların sınaqdan keçirilməsi olacaq ki, bu da uzaqdan idarə oluna bilən eksperimental tədqiqat obyektləri kompleksinin tikintisinə başlamağa imkan verəcək.

Rusiya və Çinin ilk missiyası 2026-cı ildə Aya göndəriləcək və layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
239 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun...
  • 45 dəq. əvvəl
  • 14
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub
Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.ILK.AZ...
  • 2 saat əvvəl
  • 23
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin...
  • 2 saat əvvəl
  • 22
Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib
Mayın 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının...
  • 3 saat əvvəl
  • 32
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub   YENİLƏNİB-3 VİDEO
Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində...
  • 4 saat əvvəl
  • 38
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr...
  • 5 saat əvvəl
  • 39