Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib.

Xidmətdən bildirilib ki, görüşdə Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb.

Mayıl Şahverdiyev qələbənin qazanılmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.

Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
258 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin...
  • 5 dəq. əvvəl
  • 1
Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Göyçayda yol qəzası baş verib, xəsarət alan var. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun...
  • 1 saat əvvəl
  • 26
Türkiyə İrana xilasedici qruplar göndərib
Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin...
  • 1 saat əvvəl
  • 24
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun...
  • 2 saat əvvəl
  • 33
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub
Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.ILK.AZ...
  • 4 saat əvvəl
  • 42
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin...
  • 4 saat əvvəl
  • 38