Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Xırdalanda Abşeron rayonu ictimaiyyətinin iştirakı ilə qeyd edilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatının, ölkəmizin sürətli inkişafının, bugünkü qələbələrimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı qeyd edib ki, bütün bu nailiyyətlərin əsasını Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib.

Qeyd edilib ki, illər ötdükcə Ümummilli Liderin siyasi kursunun və inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır. Məhz bu siyasi kurs sayəsində ölkəmizdə müstəqilliyimizin milli-ideoloji əsasları möhkəmlənib, suveren dövlətçilik institutlarımız yaranaraq möhkəmlənib. Hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri onun ərazi bütövlüyüdür. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan dünyada qalib, azad, güclü, milli maraqlarını ən yüksək səviyyədə qoruyan və prinsipial ölkə kimi tanınıb.

Digər çıxışlarda, həmçinin Heydər Əliyev Fondunun 20 illik uğurlu fəaliyyətindən söz açılıb, Fondun həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb.

Tədbir tanınmış incəsənət ustalarının təqdim etdiyi bədii proqramla davam edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
297 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin...
  • 40 dəq. əvvəl
  • 11
Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Göyçayda yol qəzası baş verib, xəsarət alan var. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun...
  • 2 saat əvvəl
  • 30
Türkiyə İrana xilasedici qruplar göndərib
Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin...
  • 2 saat əvvəl
  • 28
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun...
  • 3 saat əvvəl
  • 36
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub
Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.ILK.AZ...
  • 4 saat əvvəl
  • 45
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin...
  • 5 saat əvvəl
  • 41