12 qəribə təsadüf

Bəzi hadisələr o qədər maraqlıdır ki, sübutlar gözümüzün qabağında olsa belə, onların reallığına inanmaqda çətinlik çəkirik. Ona görə də bu mövzunu bir az da araşdırmaq qərarına gəldik. Yaxın keçmişdə baş verən və hər kəsi heyrətə sala biləcək “təsadüf” deyilən hadisələri təqdim edirik.

1. Verne və onun öngörücülüyü

Verne və onun öngörücülüyü

Jül Vernin ən məşhur əsərlərindən biri olan və 1865-ci ildə nəşr olunan “Aya səyahət”, "Kolumbiya" adlı kapsuldan bəhs edir. Təəccüblüdür ki, 104 il sonra Ayda missiyasını başa vuran kosmik gəmi kapsul Apollon XI də "Kolumbiya" adlandırılmışdı. Kolumbiya adını ilk dəfə Michael Collinsə NASA-nın ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Julian Scheer təklif edib. İlk vaxtlar bu ad Collins üçün bir qədər "qeyri-adi" səslənsə də, daha yaxşı bir şey düşünə bilmədiyi üçün sonda kapsula bu adı verib. Həmçinin, komanda yoldaşları Buzz Aldrin və Neil Armstrongun da başqa təklifləri yox idi. Daha sonra Collins Verne tərəfindən icad edilən “Columbiad” kapsuluyla arasındakı ad bənzərliyinin fərqinə vardı.

2. Qəribə oxşarlıq

Qəribə oxşarlıq

Scuderia Ferrari Grand Prix yarış komandasını və daha sonra Ferrari brendini quran məşhur pilot Enzo Anselmo Ferrari bütün həyatını avtomobillərə həsr etdikdən sonra 1988-ci il avqustun 14-də vəfat edib. Bu hadisədən iki ay sonra, oktyabrın 15-də Məsut Özil Almaniyada anadan olub. Bu məşhur futbolçu sanki Ferrarinin əkizidir. Aralarındakı bənzərlik qeyri-adi dərəcədədir və üstəlik, tarixlər arasındakı oxşarlıq da diqqəti çəkir.

3. Romanda yazılmış Titanik tarixi

Romanda yazılmış Titanik tarixi

Titanik gəmisinin batması bütün bəşəriyyəti sarsıdan tarixi hadisə idi. 1898-ci ildə, Titanik batmazdan bir neçə il əvvəl Morgan Robertson “Futility” adlı bir roman yazıb. Bu roman "Titan" adlı transatlantik gəminin aysberqə çırpılaraq batması haqqında idi. Aradakı oxşarlıqlar heyrətamizdir.

4. Handel-Hendrix təsadüfü

Handel-Hendrix təsadüfü

XVII-XVIII əsrin böyük bəstəkarı Georg Friedrich Handel Londonun Mayfair rayonundakı Bruk küçəsi 25 nömrəli evdə yaşayırdı. XX əsrin digər musiqi dahisi Jimi Hendrix də həmin küçənin 23 nömrəli mənzilində yaşayırdı. Biri 1759-cu ilə qədər, digəri 1960-cı illərin sonuna qədər orada yaşayıb. Bundan başqa, onların soyadlarının tələffüzü də bir-birinə çox bənzəyir. Bu gün həmin ev muzey kimi istifadə olunur.

5. Anthony Hopkinsin çoxdan itmiş kitabı

Anthony Hopkinsin çoxdan itmiş kitabı

Hollivudun əsas aktyorlarından biri olmamışdan əvvəl Anthony Hopkinsə “Petrovkalı qız” filmində rol təklif olunmuşdu. O, rolunun öhdəsində gəlmək üçün George Feiferin yazdığı kitabın orijinal nəşrini axtarır. Lakin təəccüblüdür ki, bu kitabı heç yerdə tapa bilmir. Bir müddət sonra Hopkins Londonda gəzərkən parkın skamyalarında qalmış bir kitab tap görür. Bu kitab onunheç yerdə tapa bilmədiyi “Petrovkalı qız” idi. Lakin hekayə bununla bitmir; çünki aktyor çəkiliş zamanı George Feiferin özü ilə də tanış olur. Müəllif bildirir ki, dostu bir vaxtlar ona verdiyi kitabı Londonda itirdiyi üçün öz kitabını nəşr etdirmək hüququna malik olmayıb. Hopkins əlindəki nəşri ona göstərir. Əlbəttə, onların hər ikisi eyni kitab idi.

6. Yenidən bir araya gələn əkizlər

Yenidən bir araya gələn əkizlər

3 yaşlarında bir-birindən ayrı düşən əkizlər 36 il sonra, yəni 1979-cu ildə yenidən görüşürlər. Lakin bu görüş sürprizlərlə dolu idi: ikisinin də adı Jim idi (onları övladlığa götürən ailələri onlara bu adı qoymuşdu), hər ikisi riyaziyyatdan və dülgərlikdən həzz alırdı və hər ikisi təhlükəsizlik sənayesində
işləyirdi. Ancaq bundan daha qəribəsi, ilk arvadlarının hər ikisinin adının Linda olması idi. Onların hər ikisi boşanıb və Betti adlı qadınlarla evlənmişdilər. Oğullarının adları isə James Allan və James Alan idi.

7. Eleanor Rigby-nin qəribə hadisəsi

Eleanor Rigby-nin qəribə hadisəsi

John Lennon və Paul McCartney 1957-ci ildə St. Peter’s kilsəsində görüşürlər. Sonralar isə bu ikili məşhur “The Beatles” qrupunu yaradır. Qəribədir ki, ilk görüşdükləri yerdən bir neçə metr aralıda Eleanor Rigby adlı qadının məzarı yerləşir. Bundan 9 il sonra Paul McCartney ’’Eleanor Rigby’’ adlı mahnı yazır. Məlumatlara görə, musiqiçi öz obrazını aktrisa Eleanor Ron və Bristoldakı Rigby & Evens Ltd şirkətinin adından təsirlənərək belə adlandırıb. Sonradan o, bu məzarın mahnının adı ilə əlaqəsi ola biləcəyini bildirdi.

8. Stephen Hawking və rəqəmlər

Stephen Hawking və rəqəmlər

Zamanın nisbiliyini və təsadüflərin olduğunu bilirik, lakin Stephen Hawkingin ölümü bizə bunu sübut etmək üçün ideal vasitədir. Hawkingin ölümü 14 martda baş verib. Bu isə həm Eynşteynin 139-cu doğum günü, həm də Pi gününə təsadüf etdiyi üçün çox vacib bir gündür.

9. Bir xidmətçinin taleyi

Bir xidmətçinin taleyi

Gənc tibb bacısı Violet Jessop başqa bir gəmi ilə toqquşmadan əvvəl “Olympic”də stüard kimi işləməyə başlayıb. Xoşbəxtlikdən həmin hadisə zamanı ölən olmayıb və zərərlərə baxmayaraq, gəmi batmadan quruya çıxa bilib. Lakin Jessop bir il sonra, 1912-ci ildə aysberqlə toqquşan “Titanik”də işə başlayıb. O, 16-cı xilasedici qayığın göyərtəsində sağ qalıb və ondan bir körpəyə qulluq etməsi istənilib. Ancaq “Britannic” gəmisinə minəndə həyat onu başqa bir sınaqdan keçirib və gözlənilməz partlayış baş verib. Violet yenə sağ qalıb. O, 83 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

10. Mark Tvenin doğum günü

Mark Tvenin doğum günü

Halley kometası hər 76 ildən bir Yerin yanından keçir və səmada görünür. Mark Tven o illərdən biri olan 1835-ci ildə anadan olub. Üstəlik, məşhur yazıçı ölümünün də bu kometanın yenidən Yerin yanından keçdiyi gün baş verəcəyini proqnozlaşdırıb. Bununla bağlı “Allahım, narahat olma. Qarşımızda başa düşülməsi çətin olan iki qəribə şey var: onlar birlikdə gəliblər və birlikdə getməlidirlər” deyə bildirib. M.Tven kometanın Yerə ən yaxın nöqtədən keçməsindən bir gün sonra ölüb.

11. Google Maps tərəfindən iki dəfə görüntülənən qadın

qəribə təsadüflər

Google Maps-in bizə göstərdiyi qeyri-adi fotolardan bəzilərini bilsək də, Leanne Cartwright-ın fotoşəkillərindən biri çox fərqlidir. “Zaman səyahətçisi” adlandırılan şəxs eyni yerdə, eyni pozada, əlindəki çantayla 10 il fərqlə görüntülənib. Lakin əri birinci şəkli axtarıb, sonra ikinci şəkli tapana qədər Leanne bundan xəbərsiz idi.

12. Meksika və buradakı zəlzələlər

Meksika və buradakı zəlzələlər

Meksika adət-ənənələri, cazibəsi və insanları ilə seçilən bir ölkədir. Lakin son 100 ildə Meksikada elmi izahatları aşacaq zəlzələlər olub. 1985-ci il sentyabrın 19-da Mexiko tarixinin ən güclü zəlzələlərindən biri baş verib. gündən bəri heç bir şey əvvəlki kimi olmayıb və hər il fəlakətin qarşısını almaq üçün təlimlər keçirilir. Maraqlısı odur ki, 2017 və 2022-ci illərdə hər ikisinin gücü Rixter şkalası ilə 7 baldan yuxarı olan zəlzələlər təlimlərə bir neçə dəqiqə qalmış baş verib ki, bu da onları kifayət qədər təhlükəli edir. Şübhəsiz ki, 19 sentyabr meksikalıların unutması çətin olan bir tarixdir.

Yazar: İlk yazar