151 saylı körpələr evi-uşaq bağçasında bir gün
Qızım məndən başqasına da "mama" deyərmiş
Cəmiyyət içində olmaq, böyümək, ətrafındakı uşaqlarla oynamaq hər bir övlad üçün, onun inkişafı üçün əvəzedilməz ehtiyacdır. Asosial mühitdən uzaq qalması ilə fərdin eqosunda müsbətə doğru dəyişikliklər dərhal özünü büruzə verir. Onu natamam komplekslərdən uzaqlaşdırır, inkişaf etdirir. Bütün bu inkişafın əsası isə bağçada qoyulur. Məktəbdə, universitetdə, iş həyatında və s. müəssisələrdə davam edir.
Bu il qızım ilk dəfə bağçaya gedib. 151 saylı körpələr evi uşaq bağçasına. Bu görüntü onun qrupdakı ilk günüdür. Baxdıqca sevinirəm. Amma qızımın sözlərindən, oynamağından daha çox tərbiyəçi müəllimənin ona münasibətindən. 3 yaşlı körpəm tərbiyəçisinə "mama" deyir. Anya müəllimə isə cavabında "can"... Ürəyim bir ana kimi rahatdır. Qələm adamı kimi rahat olmaq üçün bunları yazmağı borc bilirəm. Axı vəzifəmiz ancaq neqativi göstərmək deyil. Yaxşıları yaymaq istəyirəm. Yayıldıqca "mama"lar çoxalsın, "can"lar artsın istəyirəm.
Valideyn kimi fikirləşmək bəlkə də obyektivliyi azaldır. O qədər uşaq içində yalnız öz övladını görürsən. Öz balanı bir dəqiqə belə qayğıdan, diqqətdən uzaq düşməsini istəmirsən. Bir az eqoistləşirsən, bir az küsürsən. Digər uşaqlara ayrılan vaxtı öz övladının vaxtından oğurlanmış sayırsan. Hərdən narazı olursan, şikayət etmək istəyirsən. Ancaq övladına videodakı münasibəti görəndə sakitləşirsən, sevinirsən. Dərhal üzün gülür və fəxr edirsən körpənlə. Körpənin "mama"ları ilə. Ürəyində deyirsən ki, nə yaxşı övladımı bu bağçaya qoymuşam. Hələ də öz işini vicdanla, canla-başla görən, özünü sevdirən insanlar var.
Sonda 151 saylı uşaq baxçası haqqında onu da demək istəyirəm ki, bir zamanlar 151 №-li uşaq bağçası haqqında bəzi reket jurnalistlərin yalandan yazdığı xəbərlərlərin heç bir əsası yoxdur. Daha ətraflı məlumatı aşağıda qeyd etdiyim linkə daxil olaraq oxuya bilərsiniz.
http://son.az/az/news/556507/reket-jurnalistlerin-bu-defeki-hedefi-usaq-bagcalaridir
Övladlarımı 151 saylı uşaq bağçasına gönderdiyim üçün çox xoşbəxt və çox rahatam! Fürsətdən istifadə edərək 151 saylı körpələr evi-uşaq bağçasının müdiri Venera Xəlilovaya öz minnətdarlığımı bildirirəm ki, bağçada belə rahat, gözəl şərait yaradıb.