2022-ci ildə qoç bürcünə aid yozumlar

Bir çox insan bu il üçün qoç bürcü ilə bağlı məlumatları öyrənmək istəyir. Məşhur astroloq Benan Topbaşın qoç bürcü ilə bağlı mülahizələrini təqdim edirik.

Qoç bürcünün 2022-ci ildəki əsas uğuru kariyera ilə bağlı olacaq. Qoç bürcünün nümayəndələri qarşılarına çıxan fürsətləri yaxşı qiymətləndirəcəklər. Eşq həyatında da uğur gözlənilir. Subaylar sevdikləri ilə evlənə bilərlər. Cütlüklər xırda mübahisələr edə bilərlər, ancaq xoş niyyət və anlayışla bunları arxada qoyacaqlar.

1 yanvar 2022-ci ildən etibarən Yupiter kariyeranızı dəstəkləyəcək və çoxlu pul qazanacaqsınız. Kariyera ilə bağlı mövzularda şanslı bir başlanğıc edə bilərsiniz.

qoç bürcünə aid yozumlar

Fevralda oğlaq bürcündəki Venera qoç bürcünün nümayəndələrini sevgi münasibətləri ilə bağlı ciddi düşünməyə vadar edəcək. Çevrələri genişlənəcək və yeni dostluqlar quracaqlar.

Martda qoç bürcünün nümayəndələri üçün investisiya qoymaq gördükləri işdən gəlir əldə etmək üçün yaxşı həmlə olacaq. Qoçlar martda duyğusal anlamda daha özlərinə qapanmış ola bilərlər.

Apreldə Yupiterin balıq bürcündə olması qoç bürcünün nümayəndələri üçün zənginlik və rifah dolu fürsətlər gətirə bilər.

May ayı qoç bürcünün nümayəndələri üçün ən yaxşı sevgi dönəmlərindən biri olacaq. 16 may 2022-ci ildə əqrəb bürcündə Ay tutulmasının olması borc və ya miras almağa dəlalət edəcək.

İyunda Mars və Yupiterin qovuşmasıenerji və cəsarət tələb edir. Bu, nəyəsə başlamaq üçün əlverişli vaxtdır.

2022-ci ildə qoç bürcü yorumları

İyulda isə qoç bürcünün nümayəndələri öz daxili dünyaları ilə hesablaşmağa çalışa bilərlər. Bu ayda daha çox özləri ilə məşğul olacaqlar.

Avqustda həyatınızla bağlı köklü dəyişikliklər yaşaya bilərsiniz. Sağlamlıqla bağlı da bəzi yeniliklər gözlənilir. Həyatınızla bağlı qərarlar verərkən məntiqlə davranmalısınız.

Sentyabrda ailəvi mövzular ön plana çıxa bilər. Daha çox sosiallaşmağa çalışa bilərsiniz.

Oktyabrda reallaşacaq Günəş tutulması özünüzü insamsız və həyəcanlı hiss etməyinizə səbəb ola bilər.

qoç bürcü yorumları

Noyabrda isə borc, miras mövzuları ilə bağlı gündəmlər yaranacaq. İlin sonuna doğru hazırlaşarkən artıq dəyişikliklərə hazır olmalısınız.

Dekabrda texnoloji problemlər, bəzi qayğılar, səyahət gecikmələri, əşya itkisi yaşana bilər.

Yazar: İlk yazar