30+ ən yaxşı duyğusal, kədərli şeir videoları yüklə 2022
Həsrət şeirləri sevgilinizi yoxluğunda nə qədər sevdiyinizi ifadə etmək üçün duyğu yüklü şeirlərdən ibarətdir. Həsrətə aid şeirlər hisslərin, məhrumiyyətlərin, ayrılığın böyük ağrısını ifadə etdiyi halda, həsrətlə bağlı şeirlər də həsrət ağrısını bir az da aradan qaldırmağa kömək edir. Bu şeirlərlə siz təkcə sevgilinizə deyil, ananıza, atanıza və ya digər yaxınlarınıza olan həsrətinizi ifadə edə bilərsiniz. Duyğusal şeir, qısa qəmli şeir, dinlədikdə bəyənəcəyiniz və təkrar-təkrar izləmək istəyəcəyiniz kədərli şeir videolarını topladıq.
Qısa şeir videolarını telefonunuza yükləyərək whatsapp statunuzda paylaşa bilərsiniz. Əhvalınız xoş edəcək, acınızı unutduracaq hüzünlü şeir videolarını təqdim edirik.
Sən axı bilmirsən
Sən axı bilmirsən?
Üzündən iraq,
İt kimi darıxmaq nə təhər olur.
[more]Sən axı bilmirsən?
Sənin yoxluğun,
Hamıdan, hər şeydən beş-betər olur.
Sən axı bilmirsən?
Əlim qurusun,
Sənə açmadığım zəng,
Zəhər olur,
Günəş zəhər olur.
Gün zəhər olur,
Yağış zəhər olur.
Yol zəhər olur.
Bir qurtum araqla bir siqaretlə,
Gecələr uzanır taa,
Səhər olur.
Sən axı bilmirsən?
Hardan biləsən,
Üzündən iraq,
İt kimi darxımağ nə təhər olur.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-01.mp4[/videoplay]
Adam Ölər Də
Mən gedər-gəlməzdən qayıda bilsəm,
Dur çıx yol üstünə,gedən gələr də.
Mən gedər-gəlməzdən dönməyib ölsəm,
Üzülmə,birdənəm,adam ölər də.
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-02.mp4[/videoplay]
Yağış yuyur, Gün qurudur
Bu yerləri bu göyləri,
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri,
Yağış yuyur ,gün qurudur.
[more]Gözümüzün yaşını da,
Bağrımızın başını da,
Qəbrimizin daşını da,
Yağış yuyur ,gün qurudur.
Gələn nədir ,gedən nədir?
Bələk nədir,kəfən nədir?
Bu dünya öz kefindədir,
Yağış yuyur ,gün qurudur.
Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də,
Yağış yuyur ,gün qurudur.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-03.mp4[/videoplay]
[advisit]
Getsəm
Nə qədər yanındayam,
Əlimdən möhkəm yapış.
Boynumdan, kürəyimdən,
Belimdən möhkəm yapış.
[more]Sev hər şeyə hirslənən
Səbirsiz xislətimi.
Dırnağını çeynəyən
Uşaq təbiətimi.
Bir döşəyə sığmayan,
Narahat yuxumu sev.
Hər nəfəs ciyərinə,
Çək,mənim qoxumu sev.
Sev tökülən saçımı,
Dodağımın çatını.
Getsəm, ahın titrədər
Göyün yeddi qatını.
Qoyma ki,çıxıb gedim,
Getsəm,dəli olarsan.
Xarabaya çevrilər,
Bayquşlara qalarsan.
Sarılarsan hər gecə,
Məndən qalan köynəyə.
Getsəm,sinən alışar,
Ömrün-günün göynəyər.
Ətrafa dərd püskürər,
Hər sözün,hər şeirin.
Getsəm,ölərsən,amma,
Açıq qalar gözlərin.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-04.mp4[/videoplay]
Mən elə sağ ikən,ölən adamam
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-05.mp4[/videoplay]
Qolların Ömür Yolum
Dərd eləmə,bir dənəm,bütün cahan düzülə,
qoymaram ki,ümidim,əlim səndən üzülə.
Üzümdən, ətəyimdən qan süzülə-süzülə,
izindən öpə-öpə gəlib taparam səni.
[more]Ötürdüm hər bəlanı, gəlib çatdım son yerə,
Sən ey zirvələr quşum, bircə dəfə qon yerə.
Parçalansam yüz yerə, min yerə, milyon yerə,
bilirsən ki, yenə də sevər hər param səni.
Əvvəlimiz zərrələr, ilkinimiz balıqsa,
bizdən sonra dünyaya beş-on sümük qalıqsa,
hər tərəf uçurumsa, hər yan xarabalıqsa,
hara qaçırım səni, hara aparım səni?
Gəlmirsə məndən sənə bircə cığır, səbr elə,
Əlini aç göylərə, məni çağır, səbr elə.
Mən dedimsə gələrəm əvvəl-axır, səbr elə,
Səbrindən, dözümündən gəlib öpərəm sənin.
Qolların ömür yolum, uzat sinəmə sarı,
Uzat, başına dönüm, sarıl ömrümə, sarıl.
Sənsiz bu ömür yarı, həyat yarı, can yarı,
mən bu ruhdan, bu candan necə qoparım səni?[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-06.mp4[/videoplay]
Uzaqdakı Yaxın Adam
Dəli küləklər əsər,
Küləklər şəhərində,
Yenə işıqlar sönər,
Yenə yoxdur şamımız.
[more]Yenə yağışlar yağar,
Tavandan döşəməyə,
Bu qaranlıq içində,
Yenə damar damımız.
Yenə də darıxmağın,
Zirvəsinə çatarıq.
Yağış,qaranlıq otaq,
Darıxarıq hamımız.
Və birdən mesaj yazar:
"Salam,çox darıxmışam".
Bizə ən uzaqdakı,
Ən yaxın adamımız.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-07.mp4[/videoplay]
Çörək Qırağı Qadın
Çörək qırağı qadın,
indi səndən “Necəsən?” yox, “neçəsən?” soruşmaq istəyirəm
Bizim orta məktəb yaşımız deyil axı
İndi bizi 2 almaq deyil, iki ola bilməmək ağrıdır
İndi
- “Salam. NEÇƏSƏN?”
- “Salam. Yoxam”la başlayır bütün ayrılıqlar
[more]Yalandı, “ayrılıq” sözünün yanında heç vaxt “başlamaq” sözü olmur
Ayrılıq elə sondur, bitməkdir,
gecələr.
gecələr öz yatağının içində itməkdir.
Yerdən götürüb daşın üstünə qoyduğum tikələr haqqı,
bir xalqın çörəksizliyi qədər ağrıyıram
Çörək qırağı qadın, görəsən
bir pencəyin altında iki can gəzdirənlər daha çox bədbəxtdi,
ya eyni yorğan altında bir-birini bezdirənlər?
Sən də bilirsən,
Sevgidə ayaqları yox, əlləri yorur gözləmək.
Çörək qırağı qadın,
Bu şiddətli ağrıların bir asta-asta öldürməyi var,
bir də gecə yarısı yuxudan oyatmağı
Səndən heç nə istəmirəm. bircə
Ayaqlarına qayıtmağı öyrət, qayıtmağı[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-08.mp4[/videoplay]
Gəlsən, Kəsər Yağışlar
Gör nə deyirəm sənə,
Eşidirsən,yoxsa yox?
Vallah,avqust yaxşıdır,
Vallah,pisdir bu soyuq.
[more]Sənsiz niyə yazılıb,
Başı batsın bu ömrün.
Mən ölüm,düz deyirəm,
Darıxıram səninçün.
Gəl,biraz deyib-gülək,
Biraz da yeyib-içək.
Darıxıb ölənlərin,
Qəbri üçün gül seçək.
Nərgiz;yox, yaz gülüdür,
Yasəmən;o da olmaz.
Qızılgül;xoşbəxtlikdir,
Zanbaq;əlvandır biraz.
Lalə;yaman bənzəyir,
Darıxan adamlara.
Çölü qıpqırmızıdır,
İçi isə qapqara.
Qulaq as,nə deyirəm,
Bax,gör necə fikirdir?
Tezcə gəlməyin üçün,
Gözüm yol çəkir indi.
Bilirsən,narahatdır,
Bizim yollar,yoxuşlar.
Vallah,nəzir demişəm,
Gəlsən,kəsər yağışlar.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-09.mp4[/videoplay]
Duyğusal whatsapp status üçün şeir videoları
Təzədən hər şeyi başlamaq olar,
Sən keçmiş günlərin xətrinə qayıt.
Ah çəkim, ahımı yellər gətirsin,
Duysan nəfəsimi ətrinə qayıt!
Sənsiz qan ağlayır bağrımın başı,
Düşübdür başıma dərdinin daşı.
Çırpır məni yağış, çırpır gözyaşı
Sığınım, yapışım çətrinə qayıt!
Yalvarmaq bu deyil? başqa nə deyim?
Kəsilib taqətim düşübdür heyim..
Titrək əllərimlə yazıb verdiyim,
Seyrin sındığım sətrinə qayıt!
Ay Balaca Xanımım
Elə darıxıram ki,
az qala, evdən çıxıb
sənin arxanca gəlsin
mənim ayaq izlərim
Ay balaca xanımım,
Mən sən boyda sevməyi
Axı harda gizlədim?
[more]Vallah, qəlbin qəribədir,
Nə qıfıl düşür,nə açar.
Gəl, mənlə söz güləşdirmə,
Bir qucaqlıq canın var.
Elə gülümsədin ki,
bütün bu ağlamaqlar
dodaqlarında itdi
Hə, balaca xanımım,
Sənlə müqayisədə
xoşbəxtlik çox bəsitdi
Durub səndən baxanda
Ağrımaq da gözəldi
Özümdən qaçan hisslərim
Sənə çatıb gözlədi
Gözlədi ki, yapışıb
tutasan barmağımdan
“Səni sevirəm” sözün
Beləcə, bir öpüşlə
alasan dodağımdan.
Vallah, mən öyrəşmişəm
Qucaqlayıb saçını
gecələr tək yatmağa
Neynirəm bir oyanmağı,
gecələr bir yatmağı?
Mənə bircə əl lazımdır
əllərindən tutmağa.
Ay balaca xanımım,
nəyə lazım evdarlıq?
Lap yemək duzlu olsun
Soyuq çay, isti yataq
Neynirsən bu daş-qaşı
Bu isti xəz paltonu?
Geyin köhnə çəkməni
Gəl gedək xoşbəxt olaq.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-10.mp4[/videoplay]
Ben Sana Mecburum
Ben sana mecburum bilemezsin,
Adını mıh gibi aklımda tutuyorum.
Büyüdükçe büyüyor gözlerin,
Ben sana mecburum bilemezsin,
İçimi seninle ısıtıyorum.
[more]Ağaclar sonbahara hazırlanıyor,
Bu şehir o eski İstanbul mudur?
Karanlıkta bulutlar parçalanıyor,
Sokak lambaları birden yanıyor.
Kaldırımlarda yağmur kokusu,
Ben sana mecburum, sen yoksun.
Sevmek kimi zaman rezilce korkuludur,
İnsan bir akşamüstü ansızın yorulur.
Tutsak, ustura ağzında yaşamaktan,
Kimi zaman ellerini kırar tutkusu.
Bir kaç hayat cıkarır yaşamasından,
Hangi kapıyı çalsa kimi zaman,
Arkasında yalnızlığın hınzır uğultusu.
Fatih'te yoksul bir gramofon çalıyor,
Eski zamanlardan bir cuma çalıyor.
Durup köşe başında deliksiz dinlesem,
Sana kullanılmamış bir gök getirsem,
Haftalar ellerimde ufalanıyor.
Ne yapsam, ne tutsam, nereye gitsem?
Ben sana mecburum, sen yoksun.
Belki, Haziran'da mavi benekli çocuksun,
Ah seni bilmiyor, kimseler bilmiyor.,
Bir şilep sızıyor ıssız gözlerinden
Belki Yeşilköy'de uçağa biniyorsun.
Bütün ıslanmışsın tüylerin ürperiyor,
Belki körsün, kırılmışsın telaş içindesin.
Kötü rüzgar saçlarını götürüyor.
Ne vakit bir yaşamak düşünsem,
Bu kurtlar sofrasında ,belki, zor.
Ayıpsız fakat ellerimizi kirletmeden,
Ne vakit bir yaşamak düşünsem.
Sus deyip adınla başlıyorum,
İçim sıra kımıldıyor gizli denizlerin.
Hayır başka türlü olmayacak,
Ben sana mecburum, bilemezsin.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-11.mp4[/videoplay]
Heç kim dostluğumu qazana bilməz,
Mənimlə bir tikə bölənə qədər!
Hər şey sirr olacaq dünya içində,
Doğum tariximdən, ölənə qədər!
Ramiz Rövşən öz dilindən şeir
Yəqin bu yerlərdən uçub gedəndə,
Mənə əl eləmək,çıxmaz yadından.
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-12.mp4[/videoplay]
Ramiz dayı şeir
Çünkü herkes öldürür sevdiğini
Ama herkes öldürdü diye
Ölmez.
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-13.mp4[/videoplay]
Eybi Yox
Yenə mən, yenə gecə,
Yenə təkəm, bilirsən.
Bəlkə, çıxıb gələsən,
Yanıma, nə deyirsən?
[more]Təklik də bahalaşıb,
Şərab, siqaret baha.
Gecəni tək keçirsəm,
Pulum qalmaz sabaha.
Gəl, qapım da açıqdır,
Heç döyməsən də olar.
Qapısın açıq qoyur,
Bütün tənha adamlar.
Gəl, bir başına dönüm,
Haçandır pir gəzirəm.
Uzan, qollarını aç,
Ölməyə yer gəzirəm.
Gəl, heç sarılma mənə,
Əlimi tut, eybi yox.
Gəl, bu gecə dərdləşək,
Sonra unut, eybi yox.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-14.mp4[/videoplay]
Güzel Havalar
Beni bu güzel havalar mahvetti,
Böyle havada istifa ettim,
Evkaftaki memuriyetimden.
Tütüne böyle havada alıştım,
Böyle havada aşık oldum.
[more]Eve ekmekle tuz götürmeyi,
Böyle havalarda unuttum.
Şiir yazma hastalığım,
Hep böyle havalarda nüksetti;
Beni bu güzel havalar mahvetti.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-15.mp4[/videoplay]
Qara Paltarlı Qadın
Kişilər bir olmur,atam balası,
Qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra,
Qəbri üstə ağlayası,
Bir qara paltarlı gözəl qadına
ümidi var.
[more]Sən öləndə,
Kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq,yadmı olacaq?
Bu dünyada,bəlkə,sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq.
Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb deyəcəksən,
İlahi,illər boyu ağlatdığım bu qadın,
Görən necə saxlayıb bu qədər göz yaşını?
Bircə kərə,
Nə saçını oxşamışam,
Nə gözünü silmişəm,
Gözlərimə batır indi
Saçlarının hər dəni.
İllər boyu
Bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?
Bu qadın,
Baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə,döysə yaxşıdır.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdır.
Yeri,yeri,qara paltarlı qadın,
Kiri,kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir,
Baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri,qəbrim damır, ağlama.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-16.mp4[/videoplay]
Mən səni unuda bilmirəm, axı
Mən səni unuda bilmirəm axı,
Unutsam nələri unudam gərək.
Göylərə baxmışıq aylı gecədə,
Unutsam göyləri unudam gərək.
[more]Dənizi unudum, ya dalğaları?
Xatirən yadımdan çıxaydı bari,
Payızda xəzanı, qışdasa qarı,
Baharda gülləri unudam gərək.
De, necə unudum mən səni, necə?
Sevgi durna deyil payızda köçə,
Yuxuma gəlirsən mənim hər gecə,
Ayları, illəri unudam gərək.
Sənin xəyalındır həsrətlə baxan
Adındır hər saat qarşıma çıxan
Qarışıb şəklinə gözümdən axan
Yaşları, selləri unudam gərək.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-17.mp4[/videoplay]
[advisit2]
Bəxtiyar Vahabzadə öz dilindən şeir
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-18.mp4[/videoplay]
Sevgim Acıyor
Eylül toparlandı gitti işte,
Ekim falan da gider bu gidişle.
Tarihe gömülen koca koca atlar,
Tarihe gömülür o kadar.
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-19.mp4[/videoplay]
Əsgər Marşı
Vətən məni yetişdirib,
Bu ellərə yolladı.
Bu torpağa qurban deyib,
Allaha ismarladı.
“Boş oturma, çalış, - dedi,
Xidmət eylə Vətənə.
Südüm sənə halal olmaz,
Sən baş əysən düşmənə.
[more]Yastığımız Vətən daşı,
Yorğanımız qar olsun.
Biz bu yoldan dönər olsaq,
Namus bizə ar olsun.
Nə gözəldir ölmək bizə,
Sevimli Vətən üçün,
Yanar ürək yurd eşqilə,
Daima için-için.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-20.mp4[/videoplay]
Dur gəl bir yerdə darıxaq
Səni anladığım günə,
Söyə söyə darıxıram.
Olmasaydın darıxmazdım,
Varsan deyə, darıxıram.
[more]Evdə, eşikdə, yuxuda,
Darıxıram səhər, axşam.
Darıxmaqdır işim peşəm,
Bircə bazar günü boşam.
Saatın səsi yoxluğun,
Bir qələməm,bir də varaq.
Bezmişəm tək darıxmaqdan,
Dur gəl, bir yerdə darıxaq.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-21.mp4[/videoplay]
Ramiz Rövşən şeirləri
Sənsiz, elə bilmə ki,
Kefə baxıram, kefə.
Sən yadıma düşəndə,
Darıxıram hər gecə.
[more]Haçansa, uşaq vaxtı,
Ömrümdə bircə dəfə.
Pişiyimiz itəndə,
Ddarıxmışdım beləcə.
Daha uşaq deyiləm,
Hər itənə ağlayam.
Rahat yatıram daha,
Yuxum div yuxusudur.
Kimdir bu gecə yarı,
Qapımı cırmaqlayan?
Bu nə səsdir? Deyəsən,
Pişik miyoltusudur.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-22.mp4[/videoplay]
Mələyim
Bu güzgüdəki sənsən,gülmə,mələyim,gülmə,
Əksin niyə daşlaşdı,bilmə,mələyim,bilmə.
Biz zirvəsinə eşqin ayrılmaq ilə çatdıq,
Gecdir,yanıma artıq gəlmə,mələyim,gəlmə.
[more]Göz yaşı o günlərdən çöhrəndə qalan izdi,
Gör bir necə acizdi,silmə,mələyim,silmə.
Son saniyəsi ömrün qopmaqdadı əqrəbdən,
Ölmək də düşüb dəbdən,ölmə,mələyim,ölmə.
Təkcə sənin olsun qoy,ruhunda onu bəslə,
Sən Fəhmini heç kəslə bölmə,mələyim,bölmə.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-23.mp4[/videoplay]
Ayrılaq
Heç bilmədik,necə sevdik sevəndə,
Bilmirik ki,indi necə ayrılaq.
Görən necə ayrılırlar sevənlər?
Bilirsənsə de,eləcə ayrılaq.
[more]Gəlməli ki,deyildik biz gəlmisən.
Mən tapsızam,sən niyə bəs gəlmisən?
Son görüşə qaranəfəs gəlmisən,
Dərdin alım,otur dincəl,ayrılaq.
Çox ağlama,gözlərini yaş tutar,
Öz ahınla özünü qarğış tutar.
Çətin gündüz bu ayrılıq baş tutar,
Vaxtın varsa gözlə gecə ayrılaq.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-24.mp4[/videoplay]
Fuad Poladov səsi ilə şeir
Sevgilim, mən öləndə
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın,
Ağlayacaqsanmı sən?
Kimin xarabasında,
Bir damla yaşa dönüb,
Düşəcəyəm gözündən?
[more]Ağla,qurbanım,ağla,
Ağla,һeyranım,ağla.
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə,gecə düşəndə,
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin,
Sözünə bircə kərə.
De,Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə.
Sevgilim,mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla,olanım,ağla,
Ağla,qalanım,ağla,
Ağla,mən ölüm,ağla.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-25.mp4[/videoplay]
Kişilər Ağlayanda
Mən indi bildim nə var,
Bu gözlərdən o yanda.
Necə məsum olurmuş,
Kişilər ağlayanda.
[more]Ürəyində bir yığın,
Xatirənin harayı.
Hər yeri ağlayırmış,
Gözlərindən savayı.
Əlləri titrəyirmiş,
Kirpikləri əsirmiş.
Vücudunu deyil də,
Qəm ruhunu əzirmiş.
Şam kimi ərisə də,
Ürəyi yavaş-yavaş,
Dilində hıçqırıq yox,
Gözündə bir damla yaş.
Qəh-qəhələr varsa da,
Gülüşünün içində,
Bir körpə ağlayırmış,
Hər kişinin içində.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-26.mp4[/videoplay]
Kədərli qısa şeir videoları
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım,şəraba görə.
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-27.mp4[/videoplay]
Bir də Gəlməyəcək Sənintək Qadın
Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki.
Olmayıb heç onun yüzdə biri də,
Nə mənim dünyamda,nə bu dünyada.
[more]Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən.
Təpəri yoxdu ki, dözüb dayansın,
Nə mənim dünyamın,nə bu dünyanın.
Qəfil gəlişinlə suç eləmisən,
Sənsiz keçən ömrü puç eləmisən.
Vurmayıb heç zaman belə qar-yagış,
Nə mənim dünyamı,nə bu dünyanı.
Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri,gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın,
Nə mənim dünyama,nə bu dünyaya.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-28.mp4[/videoplay]
Niyə getdin, Niyə döndün, Niyə baxdın?
Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
[more]Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-29.mp4[/videoplay]
Ay Allah
Ay Allah,
Al bu qələm,
Bu da alnım.
Fikirləş,
Tələsmə,
Yaxşı bir şey yaz.
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-30.mp4[/videoplay]
Qara Paltarlı Qadın
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-31.mp4[/videoplay]
Gəl, sevgili olmayaq
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-32.mp4[/videoplay]
Nüsrət Kəsəmənli şeiri
İçində
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-33.mp4[/videoplay]
Sevgi neydi?
Sevgi iyiliktir,
dostluktur,
sevgi emektir.
öDurursam bir daha kurtulamam.
Ziyanı yok, gülüşü yeter bize.
Yüreğim kaydıysa günah mı?
Çamura saplansam yardıma gelir misin?
Elini tuttum sıcacıktı, yüreği elindeymiş gibi.
Elinden tutuversem benimle gelir mi?
Seninim işte, alıp götürsene beni.
Elveda Asya, elveda selvi boylum al yazmalım, elveda.
Bitmemiş türküm benim.[/more]
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-34.mp4[/videoplay]
Xəyalların sən olduğu yerdəyəm
[videoplay]/uploads/videos/qemli-seirler/duygusal-seir-35.mp4[/videoplay]
Sevgi haqqında digər məqalələrimiz:
- 45 Ən Gözəl Sevgi sözləri, Sevgi mesajları
- 90 ədəd ən duyğusal, qəmli qısa videolar - Instagram story və Whatsapp status üçün