Ordan-Burdan
15.08.19 15:31
Alimlərin hazırladığı "robot əl" ağrını hiss edir, özünü bərpa edə bilir
Alimlər “Self Healing Soft Robotics” (SHERO) layihəsi çərçivəsində 3 milyon avro məbləğində robot “əl” hazırlayıblar.
Sözügedən robot əl ağrını hiss edə, zədələri müəyyənləşdirə bilər, həmçinin özünü bərpa etmək qabiliyyətinə malikdir.
Bu ideya Kembric Universitetinin komandası tərəfindən düşünülüb və reallaşdırılıb. Alimlər tərəfindən işlənib hazırlanmış robot əl zədələri aşkar etmək və özünü bərpa etmək qabiliyyəti sayəsində minlərlə dollara qənaət edə bilər. Bu funksiya sənaye istehsalında işsizlik müddətini azaldacaq, hətta aradan qaldıracaq.
Layihənin elmi işçisi doktor Tomas Corc Turutelin yeni hazırlamaya böyük ümidlər bəsləyir. O, bu qurğunun modul və təkamül robot texnikasında faydalı ola biləcəyini hesab edir.