Avropanın ən məşhur 15 şəhəri haqqında məlumatlar

Avropanın ən çox səfər edilən, əyləncə məkanları, lüks otelləri, çayları, boğazları ilə məşhur olan şəhərlərini sizin üçün araşdırmışıq. Birlikdə onlara nəzər salaq.

Avropanın ən məşhur şəhərlərinin siyahısı;

Avropadakı məşhur şəhərlər milyonlarla turist tərəfindən ziyarət olunur. Təbiəti, tarixi və özlərinə xas memarlıq üslubu ilə hər kəsi heyrətləndirirlər.Avropanı görmək istəyirsinizsə, bu şəhərlərə səfər edin.

1. Berlin

Berlin

Tamamən turizm şəhəri olan Berlin hamının gedib-görməsi olduğu şəhərdir. Möhtəşəm gecə həyatı, ləziz yeməklərə sahib restoranları ilə fərqlənir. Maraqlı muzeylər və sərgilərə sahib şəhərə milyonlarla turist gəlir.

2. Venesiya

Venesiya

Venesiya İtaliyanın və Avropanın mərkəzində yerləşən qədim şəhərdir. Bu şəhər həqiqətən qeyri-adidir. Şəhərin qeyri-adiliyini təsvir etmək üçün onun materiklə Adriatik dənizində yerləşən 118 adanın və saysız-hesabsız palıd dirəklərin üzərində yerləşdiyini demək kifayətdir. Adaları ümumilikdə 387 körpü birləşdirir.

3. Edinburq

Edinburq

Tarixi binaları ilə məşhur olan, bir çox filmin çəkildiyi Edinburq gözəl şəhərlər arasındadır. Şotland Muzeyi, Edinburq Universiteti, Edinburq Festivalı Teatrı ən məşhur binalarından sayılır.

4. Kopenhagen

Kopenhagen

Təmiz və təhlükəsiz şəhər kimi tanınan Kopenhagen insanları özünə çəkir. Şəhər su ilə əhatə olunmuş möhtəşəm mənzərəyə və təbiətə sahibdir. Şəhərin ən gözəl yerlərindən biri də Tivoli Bağçalarıdır.

5. Budapeşt

Budapeşt

Mükəmməl yeməklərilə məşhurdur. Şirniyyatı sevirsinizsə mütləq Budapeştə gedin. Burada özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Ən gözəl otellər də Budapeştdə yerləşir. Şəhərə səfər edib xoş anlaq keçirmək gərəkdir. Budapeşt Macarıstanın paytaxtıdır. Əslində, 17 Noyabr 1873 -cü ildə Dunayın iki sahilində Budin (Buda) və Pestin birləşməsi nəticəsində yaranan şəhərdir.

6. İstanbul

İstanbul

Tarixi ilə məşhur olan, Asiya ilə Avropanə birləşdirən bu meqapolisə gələn bir də gəlmək istəyir. Tarixi, boğazı, yeməkləri, təbiəti ilə turistləri heyrətləndirir. Ayasofya muzeyi insanlar tərəfindən xüsusən ziyarət olunur.

7. Barselona

Barselona

Əhəmiyyətli liman və ticarət mərkəzidir. Eyni zamanda, tarixi məkanları və ləziz yeməkləri ilə də məşhurdur.

8. Sankt-Petrburq

Sankt-Petrburq

Qış aylarının olduqca soyuq və sərt keçdiyi şəhər Rusiya ədəbiyyatı ilə maraqlananların xüsusilə diqqətindədir. Sankt-Peterburq şəhəri vaxtikən Rusiyadan Avropaya pəncərə açmaq məqsədi ilə salınıb. Lakin indi bu şəhər dünyanın Rusiyaya pəncərəsidir. Rusiyanın bu mədəniyyət mərkəzinə bu il qatar, təyyarə və gəmi ilə altı milyondan çox turistin gələcəyi gözlənilir ki, bu da paytaxt Moskvaya gələn turislərin sayından çoxdur.

9. Vyana

Vyana

Yazda Vyana xüsusən gözəl və cəlbdici olur. Vyana gəzmək, gün keçirmək üçün ideal məkandır.

10. London

London

Rəngli gecə həyatı, möhtəşəm küçələri ilə turistləri özünə cəlb edir. Dünyanın hər yerindən bura gəlirlər.

11. Praqa

Praqa

Yüz illər ərzində Bohemianın paytaxtı olan şəhər körpüləri, kasedralları və memarlıq üslubu ilə hər kəsi heyran qoyur. Burada minlərlə turist görə bilərsiniz. Yürüşə çıxmaq üçün gözəl yerdir.

12. Bratislava

Bratislava

Slovakiyanın paytaxtı hüzur dolu bir şəhərdir. Kiçik olduğu üçün buranı başdan-ayağa gəzmək olar. Açıq havadakı kafelərə, kitabxanalara gedə bilərsiniz. Mənzərəli yerlərdəki oturacaqlarda oturub təbiəti seyr etmək mümkündür.

13. Drezden

Drezden

Almaniya şəhəri olan Drezden Çexiyaya yaxındır. Mədəni və sənət baxımından xüsusən ərqlənir. Almaniyanın Florensiyası adlandırılır. Drezden əhalisi tarixi binaları yenidən inşa etmək üçün xeyli səy göstərib. Elbe çayı sahilində qurulan Drezden-ə "Elbe Florensiyası" da deyilir. Drezden çoxsaylı sənət kolleksiyalarına malikdir. Bu günə qədər gəlib çatan saysız -hesabsız möhtəşəm barok quruluşları Avqust Güclü dövrünün şöhrətini və əzəmətini daşıyır. Drezden keçmiş Şərqi Almaniya ərazisindədir.

14. Krakov

Krakov

Polşanın mədəniyyət mərkəzi kimi tanınan Krakov Avropanın ən yaxşı qorunmuş Orta əsr şəhərlərindəndir. Müharibədə çox də zərər görməməsi şəhərə əlavə üstünlük verib.

15. Bled

Bled

Sloveniyanın ən çox turist gələn şəhərlərindən biridir. Avropanın mərkəzində yerləşməsi bütün fəsillərdə buraya turistlərin səfər etməsinə imkan verir. Qolf, balıqçılıq, ovçuluq, at yarışı, dağadırmanma kimi idman oyunları həvəskarları Bledə gəlirlər. Mükəmməl mənzərəsi var.

Maraqlı olacaq sizə:

Yazar: İlk yazar