Avtomobildə yanacağa qənaət etmək üçün 7 təklif
Yanacaq qiymətlərinin durmadan artdığı və avtomobil istehsalçılarının kiçik həcmli mühərriklərə müraciət etdiyi bu dövrdə istehlak dəyərlərinizi azaltmaq və yanacaq üçün cibinizdən çıxacaq xərcləri minimuma endirmək üçün nələrə diqqət etməlisiniz? Yanacağa qənaət etməyə kömək edən təklifləri təqdim edirik.
1. Mühərrikin sazlığı və filtrlərə qulluğa diqqət edin
Əvvəlcə avtomobilinizin mühərrikinin yaxşı vəziyyətdə olduğundan əmin olun. Mühərrikin düzgün işləyib-işləmədiyini yoxlayın. Mühərriki vaxtında yoxlatmasanız, yanacaq sərfi arta bilər. Hava və yağ filtrlərini vaxtında dəyişdirin. Kitabçada qeyd olunan texniki tədbirlərə riayət etməyə çalışın. Bu, yanacaq sərfiyyatını azaldar, mühərrikin ömrünü isə uzadar.
2. Ağırlığı və aerodinamikanı pozan amillər
Avtomobilinizdəki lazımsız çəkidən azad olun. Baqajdakı artıq yük mühərrikə mənfi təsir edə bilər və daha çox yanacağın istifadəsinə səbəb olar. Avtomobilə yalnız gözəl görünüş üçün quraşdırılan aparatlar sürtünmə və çəki artımı yaratdığı üçün yanacaq sərfiyyatınızı da artırır. Avtomobilinizin üst baqajı varsa, yalnız lazım olduqda istifadə edin. Bu üst baqajlar avtomobilin aerodinamik quruluşuna birbaşa təsir edir və sürtünməni artırır.
3. Təkər təzyiqi və düzgün təkər istifadəsi
Avtomobilinizin təkər təzyiqlərinin düzgün dəyərlərdə olduğundan əmin olun. Təkər təzyiqi sürtünməyə təsir edən ən vacib amil olduğundan, endirilmiş təkərlər yığılmağa səbəb olur və bunun fərqində olmasanız da, mühərrik daha çox yanacaq sərf edir. Eynilə, qış təkərləri dişli quruluşu ilə yanacaq istehlakına mənfi təsir göstərir. Təkərlərin yuvarlanma müqaviməti və yanacaq istehlakı baxımından göstəriciləri etiketdə göstərilir. Bunlara diqqət yetirərək təkərlərinizi seçməlisiniz. Doğru təkər və lazımi təzyiq həm də təhlükəsizliyiniz üçün çox vacibdir.
4. Kondisionerin lazımsız istifadəsi
Pəncərə havalandırması yetərli qədərdirsə, bununla kifayətlənin. Kondisionerlər avtomobilin mühərrikinə quraşdırıldığından, yanacaq istehlakına və performansına birbaşa təsir göstərir. Xüsusilə kiçik bir mühərrikiniz varsa, kondisioneri açarkən avtomobilinizin əziyyət çəkdiyinə fikir verə bilərsiniz. Bu gərginlik nəticəsində yanacaq istehlakının artdığını unutmayın.
5. Dayanma-durma ilə ani sürətlənmələr
Tez-tez dayanma-durmalardan və qəfil sürətlənmədən çəkinin. Şəhər trafikində dayanma-durmağın qarşısını almaq mümkün olmasa da, müəyyən bir sürətlə gedərək bunu azalda bilərsiniz. Qarşıdakı nəqliyyat vasitələri sürətləndikdə, onların arxasında sürətlənmək qarşıda qəfil əyləcə basmağa səbəb ola bilər. Mühərrikin ən çox yanacaq sərf etdiyi zaman qalxma və sürətlənmə mərhələsini təkrarlamaq yanacaq sərfiyyatını artıracaq. Ani sürətlərdən uzaq durmağa və avtomobili normal sürətlə sürməyə fiirverin. İstifadə edəcəyiniz yoldakı trafikə və yolun hazırkı vəziyyətinə diqqət yetirin. Bunu nəzərə almalısınız, çünki tıxac olan olan yolda həm yanacaq, həm də vaxt sərfiyyatı olacaq. Naviqasiya proqramları və müxtəlif tətbiqetmələrlə yolda təmir gedib-getmədiyini, tıxac olub-olmadığını öyrənin.
6. Yüksək keyfiyyətli yanacaqdan istifadə edin
Aldığınız yanacağın yüksək keyfiyyətli olmasına əhəmiyyət verin. Yanacağın keyfiyyəti birbaşa performansa və sərfiyyata təsir göstərir. Aşağı keyfiyyətli yanacağın istehsal etdiyi enerji az olacağı üçün mühərriyə güc düşür və daha çox yanacaq işlənir. Həmçinin, keyfiyyətsiz yanacaq ətraf mühitə və mühərrikə zərər verir. Belə yanacaqdan istifadə etmək pula qənaət etmək deyil, əlavə xərcə düşməkdir.
7. Yüksək sürətdən yayınmaq
Mühərrikinizin növündən asılı olaraq nəqliyyat vasitənizdən kitabçada yazıldığı kimi istifadə edin. Dizel və benzinli mühərriklərin istifadə qaydaları fərqlidir. Səhv davranışlar mühərrikdə problemlər yarada bilər və daha çox yanacaq sərf olunar. Kitabçada yazılan qaydalara əməl edin. Avtomobiliniz müəyyən bir sürətdə ən səmərəli istehlak dəyərlərini nümayiş etdirər. Mühərrikin gücünə və növünə görə ani istehlak dəyərlərini ölçərək sürəti təyin edə bilərsiniz. Bu sürəti qorusanız, nəqliyyat vasitəniz sizə ən qənaətcil vəziyyətini nümayiş etdirəcək. Buna nail olmaq üçün sürət sabitləyicisindən yararlanmaq lazımdır. Bu tövsiyələrə əməl etsəniz, avtomobilinizin daha az yanacaq sərf etdiyini görərsiniz. Zavod məlumatlarına ən yaxın dəyərləri əldə etmək üçün avtomobilinizin təlimat kitabçasını nəzərdən keçirmək vacibdir.