Azərbaycanda 1 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda 1 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

koronavirus

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

Mənbə: qafqazinfo.az

Marağınızı çəkə bilər:
Məqaləyə emosiya bildir:
4 il əvvəl
6297 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc İstedadlar” liseyində dahi...
  • 28 dəq. əvvəl
  • 4
Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil
Hər bir uşaq, abituriyent hiss etməlidir ki, evdə onu sevirlər, bu sevgi imtahanın...
  • 1 saat əvvəl
  • 9
Rəqəmsal inkişaf və məqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şəki şəhərində yerləşən Heydər...
  • 1 saat əvvəl
  • 19
İsmayıllıda yeni istehsal müəssisəsinin təməli qoyulur
“Azərbaycan Coca-Cola Bottlers” MMC-nin İsmayıllı rayonunda yeni istehsal müəssisəsinin...
  • 1 saat əvvəl
  • 22
Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb
Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən yeddi evdən oğurluq...
  • 2 saat əvvəl
  • 31
Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları evlərdən və obyektlərdən oğurluq...
  • 2 saat əvvəl
  • 31