Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Sabah Şəraiti (130 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.

O, yarımfinalda belaruslu Pavel Qlinçuka sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək Olimpiya lisenziyası qazanıb.

Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.

21:05

Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Rafiq Hüseynov (60 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.

O, yarımfinalda gürcüstanlı Laşa Qobadzeni 4:1 hesabı ilə məğlub edərək Olimpiya lisenziyası qazanıb.

Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 22-yə çatıb.

20:12

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində imza atıb

Yarışın yarımfinalında rumıniyalı Razvan Arnauta qalib gələn idmançı Olimpiadada iştirak hüququ qazanıb.

Bu, Azərbaycanın “Paris-2024”ə ümumilikdə 21-ci lisenziyası olub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
23 gün əvvəl
331 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 28 May- Müstəqillik Günü...
  • 49 dəq. əvvəl
  • 10
Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər
Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər.AZƏRTAC Anadolu agentliyinə istinadla...
  • 1 saat əvvəl
  • 13
Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda...
  • 2 saat əvvəl
  • 23
Çempionlar Liqası: "Real Madrid" hesabı açıb
UEFA Çempionlar Liqasının İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya...
  • 3 saat əvvəl
  • 30
Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur
"Gamesummit" layihəsi artıq üçüncü dəfədir ölkəmizdə keçirilir. Bu layihə ilk dəfə...
  • 4 saat əvvəl
  • 38
Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ( AzQAC) Sumqayıt şəhər bölməsi və Sumqayıt Musiqi...
  • 5 saat əvvəl
  • 41