Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza çıxan bütün problemlərlə necə davranmağınızdır. Hər şeyi düzəltməyin ümumi və düzgün bir yolu yoxdur. Əgər bir yolu olsaydı, boşanmalar olmazdı.
Beləliklə, boşandıqdan sonra bir daha xoşbəxt olmaq üçün nə etməli olduğunuzu düşünməyin vaxtıdır. Və hətta indi özünüzü bu pis əhval-ruhiyyədən çıxarmaq üçün heç bir yol olmadığını düşünsəniz də, bilməmiş deyilsiniz ki, bunun bir yolu var. Sizin üçün bir neçə tövsiyə hazırlamışıq, lakin onlardan hamısı işinizə yaramaya bilər. Çünki yalnız özünüz çalışmaqla həyatınızı yaxşılaşdıra bilərsiniz.
Tövsiyələrimiz aşağıdakılardır:
1. Kədərlənməyinizə icazə verin
Əvvəla, unutmayın ki, sizin kimi bir çox insan boşanma prosesində əsəbiləşir, ağrı çəkir və narahat olur. Bu müddət ərzində kədərlənmək çox normaldır və bu günlərdə özünüzə təzyiq göstərməyin, kədərinizi yaşayın. Boşanma qərarından sonra münasibətiniz nə qədər uzun sürərsə, ondan əl çəkmək bir o qədər çətin olacaq. Bir nöqtədə hər şeyin bitdiyini anlayacaqsınız və daha belə kiçik bir şeyə görə üzülmək istəməyəcəksiniz.
2. Özünüzə yaxşı baxın
Bir çox insanın boşanarkən qarşılaşdığı ən böyük problem ətraflarındakı hər şeyə və hər kəsə diqqət yetirməli olduqlarını düşünmələridir. Bu müəyyən dərəcədə doğru ola bilər. Ancaq dərk etməlisiniz ki, həyatınızdakı ən vacib insanı, yəni özünüzü unutmamalısınız. Əlbəttə, həyatınızdakı digər insanlar da vacibdir; lakin lakin həm zehni, həm də fiziki cəhətdən pis bir duruma düşsəniz, onlara qayğı göstərə bilməzsiniz. Odur ki, sağlamlığınıza daim diqqət yetirin və buna ciddi yanaşın. Sevdiyiniz idman növü ilə məşğul olun. İdman sizi təkcə fiziki cəhətdən sağlam saxlamayacaq, həm də yeni hobbi qazanmağınıza səbəb olacaq.
3. Həyatınızda önəmli yeri olan insanlara sevginizi verin
Təbii ki, siz evlilik dönəmində də yaxınlarınızın qayğısına qalmağa çalışırdınız. Ancaq problemli bir evliliklə bunu etmək yəqin ki, daha çətin idi. Buna görə də, evliliyiniz bitdikdən sonra sizin üçün hələ də vacib olan insanlarla sıx əlaqədə olun. Bunlar valideynləriniz, dostlarınız və ya iş yoldaşlarınız ola bilər. Ayrıldıqdan sonra sevginizi və diqqətinizi etinasızlıq etdiyiniz insanlara yönəldin. Əlbəttə ki, bu müddətdə yeni bir münasibətə başlaya bilərsiniz, unutmayın ki, həyat qarşınıza doğru zamanda doğru insanı çıxaracaq.