Buğa bürcü haqqında
Uzun qışdan sonra aprel-may aylarında dünyaya göz açan buğalar kökləri ilə torpaqdan suyu canlarına hopdurmağa çalışan ağaclara bənzəyir.
Buğa, oğlaq və qız bürcü ilə paylaşdığı torpaq qrupunun daimi üzvüdür. Bütün gözəlliklərin və həzzin "xanımı" Veneradır. Təbii yeri sahib olduğumuz və istehsal edə biləcəyimiz bütün dəyərləri təmsil edən ikinci evdir.
Xeyirxah, qayğıkeş, səbirli, etibarlı — bütün bu sözlər öz dostun — Buğanı onu heç görməyən bir şəxsə ilk dəfə təsvir etmək istəyəndə sənin ağılına gəlir. Hər bir kəsə öz həyatında Buğa bürcü altında doğulan insan lazımdır: bunlar sədaqətli və etibarlı adamlardır. Eyni zamanda bunlar özlərininki hesab etdikləri ərazidən çıxıb getməkdən qəti imtina ediriər. Buğanın tərsliyi hər hansı bir şəxsi ağlamaq həddinə gətirsə də, o yerindən tərpənən deyil.Buğalar xaraktercə öküzü xatırladırlar. Öküzfər bir qayda olaraq öz sahələrində otlayırlar; onlar burada çox da hərəkət etmirlər, lakin heç kəs çəmənliyin kimə məxsus olmasına şübhə etmir və insanların əksəriyyəti həmin sahənin yanından ötüb keçməyə üstünlük verərlər.
Bu səbəbdən də BUĞALAR dünyəvi ləzzətləri sevən və fiziki ehtiyaclara yönəlmiş insanlardır. Dünyanı təhlükəsiz və nizamlı etmək üçün yaşayırlar və heç bir dəyərin itirilməməsi üçün mübarizə aparırlar.
Hərtərəfli və mürəkkəb quraşdırmalardan çox sadə və tətbiq oluna bilən nizamı sevirlər. Ancaq onlarla yaşamaq istəyənlər birtəhər qurduqları sistemə uyğunlaşmalı olduqlarını başa düşürlər.
Maddi və mənəvi dəyərlərimizi, gəlirlərimizi, mənbələrimizi təmin etdiyimiz yerləri və onlardan necə istifadə etdiyimizi müəyyənləşdirən 2-ci Evin təbii sahibi olduğundan, buğanın əsas mövzuları istehsal etmək, böyütmək, qorumaq və davam etdirmək xüsusiyyətləri var.
Bəzi buğaların xəritələrindəki digər komponentlər də onlara çılğın xüsusiyyətlər əlavə edə bilər. Ancaq bu rəngarəng üzün arxasında da zaman keçdikcə etibar axtaran və vərdişlərinə bağlı bir insanın olduğunu başa düşürsən.
Qarşılarına gələn hər şeyin üstündən atlamırlar, addımlarının gələcək nəticələrindən narahatdırlar.
Buğalar mənəvi dəyərlərə önəm verirlər. İnsanlara, nəsnələrə, fikirlərə, məqsədlərə, qərarlara, xatirələrə sahib çıxırlar.
Hakim planet olan Veneradan gələn "gözəl və dəyərli şeylərə vurğunluq" səbəbindən buğa beş hissinə xitab edən hər şeyi dadmaq və mümkünsə bunlara sahib olmaq istəyir.
Dəyər vermədikləri, bəyənmədikləri heç nəyi almırlar və əllərində saxlamırlar. Heç bir şeyə layiq olduğundan daha çox vaxt, diqqət və pul ayırmaq istəmirlər.
Qadınlı, kişili bütün buğalar həssas olmağın cazibəsini yayırlar. Fiziki təsirləri uçucu deyil, dərin və qalıcıdır.
Qadınları klassik gözəllik anlayışına uyğundurlar. Gözəl olmayanların da müsbət xüsusiyyətləri var.
Ağır depressiyaya düşməyiblərsə, bütün buğalar görünüşlərinə diqqət yetirirlər. Öz tərzlərini qurmağı və ona sadiq qalmağı üstün tuturlar. Aksesuarlar və ətirlər mövzusunda çox seçicidirlər.
Rahat, soyuqqanlı olsalar da, hərəkətə keçərkən çox amansız və qəti olurlar. Böyük mübarizə sərgiləyirlər. Onları dayandırmaq çox çətindir.
İntellektual bürc hesab olunmur. Zehni qabiliyyətləri konkret və praktik sahələrə yönəlib. Həm vaxtını, həm də pulunu real işlərə sərf edirlər.Gözəlliyə və sənətə hörmət edirlər. Ancaq rejissorlar əvəzinə prodüser, rəsm yerinə kolleksiyaçı, kitab nəşr etmək əvəzinə naşir olmağı üstün tuturlar.
Münasibətlərinə sahib çıxırlar. Dostları və yaxın ətrafı ilə münasibətlərinin davamlılığı onlar üçün vacibdir. Heç kimdən asanlıqla imtina etmirlər.
Mənəviyyatları yaxşı inkişaf edib. Bəzən fanatik və sərt bir din anlayışları ola bilər. Ölüm düşüncələrini sevməsələr də, ölümü bir səyahət olaraq qiymətləndirə bilərlər.
Güclərini köklərindən - ailəsindən, yaşadığı torpaqdan, genetikasından və bağlı olduğu sosial dəyərlərdən - alırlar. Qana toxunan davranış görəndə ətrafdakıları "nəzakətlə" xəbərdarlıq edirlər.
BUĞA və münasibətlər
Buğa sevgiyə praktik və fiziki bir yanaşmaya malikdir. Seksə sağlam həyatın təbii bir hissəsi kimi baxır. Ancaq həyat yoldaşına sadiqdir.
Münasibətlərinin başlanğıcında utancaq olmasına baxmayaraq, istədiyinə qərar verəndə açıq danışır və həmişə səviyyəni qorumaq üçün diqqət göstərir.
Alt şüurlarında xüsusi arzuları vardır. Bu səbəbdən də öz xüsusiyyətlərinə zidd olan istəklərini tətikləyənlərə qarşı idarəolunmaz bir ehtiyac duyurlar. Xüsusən xəritədə Mars çətin təsir alıbsa, sevgidə ən gözlənilməz hərəkətləri edə bilərlər.
İlk görüşlərini balıqlar və ya xərçənglərlə yaşaya bilərlər. Suqrupunda buğanı ən çox əqrəblər cəlb edir.
Qız ilə fiziki uyğunlaşmaları və oğlaqlarla sosial uyğunluğu əladır. Sakin və qalıcı birlik üçün bu iki bürcə müraciət etmələri gözlənilir.
Əkizlər və oxatan bürcləri ilə yaxşı münasibətlər qura bilərlər. Dözülməz uyğunsuzluq və sabitliyin qarışıqlığı bəzən böyük sevgilərə səbəb ola bilər.
Özləri kimi sabit və qətiyyətli olan şirlər və balıqlarla müasibət çətin olsa da, uzun müddət davam edə bilər.
Tərəzilərlə münasibətləri sonradan qarşıdurmaya çevrilə bilər.
Buğa və karyera
Əslində, tənbəlliyə meylli təbiətə sahibdirlər! Ancaq həyat nemətlərindən məhrum olmaqdan və başqalarından asılı olmaqdan qorxduqları üçün işləyirlər.
Nə iş görürlər görsünlər, səmərəliliyi artıran və davamlılığını təmin edən bir rol oynayırlar.
Pul və qiymətli şeyləri saxlamağı və çoxaltmağı sevirlər. Daşınmaz əmlak ticarəti, bankçılıq və digər sahələrdə uğurlu yatırımlar edə bilirlər.
Nümunə olaraq qeyd edək ki, Mark Zuckerberg də buğa bürcüdür.
Sosial təşkilat ideyası onlar üçün həmişə vacibdir. Karl Marx, Max Weber, Bertrand Russell və Immanuel Kant sosiologiya və fəlsəfədəki təməlqoyma işləri ilə bu baxımdan yaxşı nümunələrdir.
Buğa yaradıcı enerjisini praktik məqsədlər üçün istifadə edir, lakin sənətə də meyl göstərir.
Həssas qulaqlarına görə musiqi onlar üçün həyatın vacib bir hissəsidir. Buğa bürcü bədəndə boğazı təmsil edir. Bu səbəbdən də səslərini alət olaraq istifadə edən buğalar var. Barbara Streisand, Cher, Ella Fitzgerald, Adele bu baxımdan əla nümunələrdir.
Gənclikdə peşə seçimi haqqında çox fikirləşirlər və əmin olmaq istəyirlər ki, onlar hər şeyi yaxşı etməyi bacaracaq, çoxlu pul qazana biləcəklər. Zahirən sabitlik təəssüratı yaradan hərəkətsizliyə müəyyən dərəcədə etiraz etmirlər. Qaydalara əməl etməyi xoşlayırlar. Uğur qazanmaq üçün hər cür xirdalıqlara güc və enerji sərf edirlər; bunu başqa heç bir bürcdə görmək olmaz.Hələ Bibliya vaxtlarından Buğanın adı var-dövlət və pul ilə bağlanır.
Buğa bürcünün sağlamlığı
Buğa güclü konstitusiya ilə doğulur və heç bir xəstəlik keçırmədən qoca yaşınadək yaşaya bilər.
Buğa harada və necə özünü aparmağı bilmir, həddən artıq çox işləməyi, içməyi, papiros çəkməyi, sevməyi xoşlayır. Xəstələnəndə uzun müddət sağalmır. Xəstəliklərin çoxusu ifratçılıqdan irəli gəlir və çox vaxt Buğada süstlük, ruh düşkünlüyü, darıxdırıcılıq yaradır.
Diabet, hepatit, səpmələr, allergiya, öskürək, baş ağrıları, əsəb pozğunluqları, kökəlmə, yorulub əldən düşmə, şizofreniya, depressiya — əsas xəstəlikləridir.
Buğanın yolu
Buğanın səssiz meydan oxuması var. Sakit görünsələr də, həmişə meydan oxumağı, təslim olmamağı sevirlər.
Həyat ritmi ilə iç-içə olan qavrayışa sahibdirlər. Buna görə daxili səslərini dinləyərək, təbii lütf və bacarıqla həyat dalğalarından zövq ala bilirlər.
Buğalar buzlar olmadan çayların daşmayacağını, torpağın sudan doymayacağını, çiçəklər tökülmədən meyvələrin böyüməyəcəyini bilirlər, lakin bəzən bu qanunauyğunluğu qəbul etmirlər.
Buğalar öz nəzarətlərindən kənar dəyişikliklərdən qormamalı, buna öyrəşməlidirlər.
Belə demək mümkün olarsa, buğalar dünya dərdlərini bir kənara qoyub zamanın ritmini hiss etməyi, daha səmərəli olmağı ütün tuturlar.