Daha zərif və uzun görünmək üçün 20 inanılmaz taktika
Hər fəsildə düzgün geyinmək zövq sənətidir. Hər kəs özünə və bədəninə uyğun geyim modellərinə üstünlük verməlidir. Kök və arıq insanların hansı tərzdə paltarlar geyinmələri dizaynerlər tərəfindən düşünülüb. Məsələn, artıq çəkili bir xanımsınızsa, daha çox asimmetrik kəsiklərə üstünlük verməlisiniz.
1. Daha uzun görünmək üçün əvvəlcə dik durmalısınız.
2. Saçınız uzundursa, kəsdirərək saçlarınızın boyunuzu qısa göstərməsinin qarşısını ala bilərsiniz.
3. Eninə zolaqlı paltarlardan çəkinin. Bunun əvəzinə şaquli zolaqlı geyimlərə üstünlük verin.
4. Enli paltarlar sizi olduğunuzdan daha kök göstərir və bu səbəbdən daha qısaboy görünürsünüz.
5. Dizaltı kapri və ətəklərdən çəkinin.
6. Ağ və çəhrayı kölgələr qüsurları daha qabarıq göstərir.
7. Tünd rənglər sizi daha hündür və arıq göstərir.
8. Narıncı, sarı və yaşıl kimi canlı rənglər bədən xətlərinizi daha aydın göstərir.
9. Pastel və təbii rənglər qüsurları gizlədir.
10. Qalın parçalar boyunuzu daha qısa göstərir.
11. Monoxrom kombinasiyalar daha hündür və zəif görünməyinizi təmin edir.
12. Qalın kəmərlərdən istifadə edib bədəninizi iki yerə bölməyin. Kəmər istifadə etdikdə kombinasiya etdiyiniz pencək və ya önü açıq köynəklə daha arıq görünə bilərsiniz.
13. Hündür bel ayaqları daha uzun göstərir və daha gözəl silut əldə edirsiniz.
14. Paltarda böyük naxışlardan və qarışıqlıqlardan qaçmaq sizi daha hündür və arıq göstərəcək.
15. Geniş çiyinli qadınlar üçün geniş ətəkli papaqlar bədən nisbətlərini tarazlaşdırmaq üçün yaxşı seçimdir.
16. Geniş bir yuxarı gövdəyiniz varsa, V boyun xətti silueti dar və gövdənin üst hissəsini daha uzun göstərir.
17. Boyun, əl və topuqların çöldə qalması da məqsədəuyğundur.
18. Gödəkçə geyindikdə, hörüklü və ya topuz şəklində saç düzümü sizi daha uzun göstərər.
19. Qısa boylu xanımların ümumiyyətlə hündür çəkmələrdən istifadə etməmələri məsləhətdir.
20. Şalvarda və ayaqqabıda oxşar rənglərin seçilməsi boyun uzun görünməsinin illuziyasını formalaşdırır.