Emilia Clarke haqqında 10 maraqlı fakt
Çoxlarının “Game Of Thrones” serialından tanıdığı gözəl aktrisa Emilia Clarke kimdir? Onunla bağlı maraqlı məlumatları təqdim edirik
1. Emilia Clarke kiçik yaşlarında qaşlarına görə dostlarının lağ hədəfinə çevrilib. Anasına qaşlarının çox qalın olduğunu və onları seyrəltmək istədiyini deyib, lakin anası buna icazə verməyib.
2. Emilia Clarke anevrizma xəstəsidir. “Game of Thrones” serialının ilk sezonu bitdikdən sonra məşqçisi ilə idman edərkən huşunu itirən aktrisa, xəstəliyini ilk dəfə orada öyrənib. Ağır zədələr və ya beyin qanaması ilə nəticələnən xəstəlik Clarkenin 4 gün reanimasiyada qalmasına səbəb
olub.
3. Emilia Clarke “Game Of Thrones”da danışdığı Dothraki dilindən başqa 4 dil bilir - ingilis, fransız, hind və alman dillərini.
4. Emilia Clarke oxumağı və musiqi alətlərində ifa etməyi sevir. Clarke gitara, piano və fleyta çalmağı bacarır.
5. Emilia Clarkenin barmağında kiçik bir arı döyməsi var. Bu döymənin mənası məlum deyil.
6. Emilia Clarke 2015-ci ildə “Esquire” jurnalı tərəfindən "Yaşayan ən cazibədar qadın" adına layiq görülüb.
7. Aktrisaya “Bozun 50 çaları” filmində oynamaq təklifi gəlib, lakin o, bu təklifi qəbul etməyib.
İmtina etməsinin səbəbini isə belə əsaslandırıb: “Möhtəşəm işlər görmüş rejissor Sam-Taylor Johnson ilə işləmək istərdim, lakin filmdə çoxlu çılpaq səhnələr olacağı üçün onun təklifini rədd etdim. əslində, bu cür səhnələrdə də oynamışam, ancaq bu rolun həyatıma çox ciddi təsir edəcəyini düşündüm”.
8. Emilia Clarke “Game of Thrones” serialının kastinqində toyuq rəqsi edib və çox bəyənilib. Bu rəqs onu “Əjdahaların anası” edib.
9. Emilia Clarkenin ilk rol aldığı "Dinozavr hücumu" adlı film 3.1 Imdb balı alıb. Film 2010-cu ildə çəkilib.
10. Emilia Clarke tələbəlik illərində böyük maddi çətinliklər yaşayıb. O, yaşadığı evin kirayə haqqını ödəmək üçün 6 fərqli işdə çalışıb.