Ən gözəl və anlamlı sevda sözləri 2022
Ən gözəl sevda sözlərini sizlər üçün bir araya gətirmişik. Həmçinin, eşqlə, sevgiylə bağlı maraqlı fikirləri də bu məqaləmizdə oxuya bilərsiniz.
Sevda haqqında ən gözəl fikirlər:
Sevda... Yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir.
Həyat bəzən insanları bir-birilərinə nə qədər dəyər verdiklərini başa düşmələri üçün ayırır.
Gözlərimin mənzərəsi ol, hər baxanda xoşbəxt olum.
İçimdə fırtına olsa da, üzümdə külək əsməz.
Mən səni dəli kimi sevdim, sən məni dəliyəm deyə sevmədim.
Sevgi qaranlıq bir tuneldəki şam işığına bənzəyir, sənə yolu göstərər, amma uzaqda nə olduğunu deməz.
Ağlıma ölüm gəlir, qəfil ölüm, bir ağac gövdəsinə sarılıram.
Dünyada iki rəngdə gül olsun: biri qırmızı, digəri bəyaz. Məni unutsan qırmızılar solsun, mən səni unutsam bəyazlar kəfənim olsun.
İçimdən şeir yazmaq gəldi. Yazıram, çünki sevirəm. Sevirəm, çünki hiss edirəm. Hiss edirəm, çünki yaşayıram. Yaşayıram, çünki səninləyəm.
Günəşin doğduğu və batdığı bir həqiqətdir. Ürəyimin döyündüyü və günün bitdiyi də həqiqətdir. Səni sevməyim isə həqiqətlərin ən böyüyüdür.
Daş olsaydım ovuclarında əriyərdim. Budaq olsam baxışlarında çökərdim. Bu sevgi yolunda günahkaramsa, qazamata gərək yoxdur, həsrətin bəsdir.
Sevgimiz bitməsin deyə dualar etdim, adını qumsallara yazdım, dalğalara yazdım adını silməsinlər deyə.
Sənə olan sevgimi görməyəcək qədər korsan, mənsə sənə olan sevgimi söyləməyəcək qədər qürurluyam.
Ayrılıqlar kiçik sevgiləri öldürür, amma böyük sevgiləri gücləndirir. Küləyin şamı söndürüb ocağı alovlandırdığı kimi...
Ən şirin sevinc, ən pis acı sevgidir.
Bu gecə yuxuma gəl, mənə sarıl, öp, acıla, söy və sonra lənətə gəlmiş həyatımdan çıx get.
Dünyada iki kor var: biri məni görməyən sən, o biri isə səndən başqasını görməyən mən.
Sevgi, lopa-lopa qar yağarkən dama sığınan sərçənin qopan tükünün yerə düşdüyünü görə bilməkdir.
Xəyala dalmıram, çünki yeganə xəyalım sənsən. Heç nə istəmirəm, çünki təkcə səni istəyirəm.
Sevgiliyə dair sevda sözləri
Səni sevmək ağrıların ən böyüyüdür. Sənin üçün göz yaşı axıtmaq sevinclərin ən böyüyüdür.Paylaşacaq dostunuz yoxdursa, yaxşı şeylərə sahib olmaqdan həzz ala bilmərsiniz.
Səni və yoxluğunu düşündüyüm zaman, əsən küləklərdən sonra yağan yağış kimi sənə və yoxluğuna ağlamaq istəyirəm.
Sənə dalğalardan qələm düzəldib sahilə "səni sevirəm" yazdım. Sən də inandınmı? Dəlisən, mən səni sevmədim, sənə bağlandım, sənə ibadət etdim...
Həqiqətən sevirsənsə, heç nəyi bəhanə etməyəcəksən. Sonuna qədər deyil, sonsuzadək Allah üçün sevəcəksən.
Heç bir hərfi sənsiz bir cümləyə qurban etmədim.
O qədər gözəlsən ki, üzünə baxa bilmirəm. Əllərim titrəyir, əllərini tuta bilmirəm. Elə bağlanmışam ki, sənsiz qala bilmirəm.
Gülüşünü sevərsən, səsini sevərsən, söhbətini sevərsən. Sevmək üçün üzünü görmək şərt deyil. Ürəyində duruşunu sevərsən.
Səni mən yox, gözlərim seçdi, onlar bəyəndi, onlar sevdi. Sən mənim yox, onlarınsan. Getsən qoy gözlərim ağlasın, mənə nə.
Birini sevəcəksənsə xaricini yox, daxilini sev. Gördüyünü hər kəs sevə bilər, sən çalış görmədiyini sev. Sözdə deyil, mahiyyətdə sevməyə önəm ver.
Sevgi, insanın qəlbində qönçələnən nadir bir çiçəkdir. Əhəmiyyətli olan onu yaralamadan yaşatmaqdır.
Gecədir insanı kədərləndirən, yoxsa insandır kədərlənmək üçün gecəni gözləyən? Gecədir səni mənə düşündürən, yoxsa mənəm səni düşünmək üçün gecəni gözləyən?
Ən gözəl sevda sözləri
Yanağına düşən qar dənəsi əriyib dodaqlarına hopduqda və bir damla sərinliyi biri ilə paylaşmaq istəyəndə üzünü küləyə çevir, ordayam!İnsanlar tanıdım, ulduz kimiydilər, parlayırdılar. Amma mən səni - günəşi seçdim. Bir günəş üçün min ulduzdan əl çəkdim.
Bütün fəsilləri səninlə bir gündə, bütün illəri bir fəsildə yaşamağa hazıram. Sənə bir çimdik sevinc, bir çimdik ümid və bir çimdik xoşbəxtlik göndərirəm.
Gül olmaq istərdim. Niyə? Məni qoparıb qoxladıqda bədəninin dərinliklərinə girib bir daha oradan çıxmayım deyə.
Gözlərin çay, kirpiklərin körpü ola, mən üzərindən keçərkən ipləri qırıla və dodaqlarına düşəm...
Nə qədər ki, gözlərin gözlərimdə, əllərin əllərimdə, sevgin ürəyim və ruhun bədənimdədir, səni sevməyə davam edəcəyəm.