Enerjinizi artıracaq gözəl sözlər

Gündəlik həyatda yaşadığımız problemlərə qarşı dözümlü ola bilmək üçün özümüzü xoşbəxt hiss etməyimizə ehtiyac var. Aşağıdakı sözləri sevdiklərinizə göndərərək onları xoşbəxt edə bilərsiniz.

1. Əgər şans sizin tərəfinizdə deyilsə, bütün gücünüzlə cəhd edin. - Arnold Palmer

2. Əgər həyatı sevirsinizsə, vaxtınızı boş keçirməyin. Çünki həyatın mahiyyəti zamandır. - Bruce Lee

pozitiv sözlər

3. Bacardığın hər şeyi et. Pozitiv qal. Və ümid işığı üçün bir şans əldə et.

4. Qoyacağınız ən yaxşı miras adınızı daşıyan bir bina və ya zinət əşyası deyil, varlığınız, xoşbəxtliyiniz və müsbət davranışlarınızdan təsirlənən bir dünyadır.

pozitiv sözlər yüklə

5. Həyat çox maraqlıdır. Ən böyük ağrılarınız bir gün ən güclü tərəflərinizə çevrilir. - Drew Barrymore

pozitiv sözlər 2022

6. Kim olduğunuzu kəşf edin və o insan olmağı bacarın. Ruhunuzun bu dünyada başqa bir məqsədi yoxdur. Həqiqəti tapın və onu yaşayın, qalan hər şey öz-özünə gələcək. - Ellen DeGeneres

7. Bir döyüşdə qalib gəlmək üçün bir neçə dəfə mübarizə aparmaq gərəkdir. - Margaret Thatcher

rəsimli pozitiv sözlər

8. Nə qədər çox çalışsam, bir o qədər şanslı oluram. - Gary Player

9. Hamımız xəyal qurmağa davam edirik və şanslıyıqsa, xəyallarımız gerçəkləşir.- Katie Holmes

Ən yeni pozitiv sözlər

10. Neqativ bir düşüncə ilə pozitiv bir həyat yaşaya bilməzsən.

Pozitiv sözlər

Uğurlu insanı təyin edən ilk xüsusiyyət münasibətidir. O, müsbət rəftar və davranışlara sahibdirsə, çətinliklərin öhdəsindən gəlməyi sevirsə və onları aradan qaldırmaqdan həzz alırsa, bacaracaqlarının yarısı gerçəkləşmiş sayılır. – Peacoock

Qısa pozitiv sözlər

Uğurun açarının nə olduğunu bilmirəm, amma uğursuzluğun açarı hamını xoşbəxt etməyə çalışmaq olduğu dəqiqdir. - Bill Cosby

Müsbət və mənfi eyni sikkənin fərqli üzləridir. - Al Schneider

Həyatı özləri üçün yaşayanlar qalib gələcək. İnsanlar nə deyir-desin, gülməyi, sərbəst şəkildə geyinməyi bacaranlar qalib gələcək. Qəlbi həmişə müsbət fikirlərlə dolu olan insanlar qalib gələcək. Yaxşı insanlar qalib gələcək.

Uzun pozitiv sözlər

Çox az insan şüurlu şəkildə müsbət düşüncələrin seçilməsinin həyatlarını müsbət mənada dəyişdirə biləcəyini dərk edir.

Nə qədər ki, yaşadığın yeri cənnətə çevirə bilmirsən, qaçdığın hər yer cəhənnəmdir!

Uğur, qətiyyətinizi itirmədən uğursuzluqdan uğursuzluğa doğru qaçmaqdır. - Winston Churchill

Enerjinizi artıracaq sözlər

Heç nə üçün gec deyil. Nə həyatını dəyişmək, nə də xoşbəxt olmaq üçün. - Jane Fonda

Ağrı olmadan iztirab olmaz. İztirab çəkmədən səhvlərimizdən dərs çıxara bilmərik. Heç bir qapı ağrı və iztirab olmadan açılmaz. Onlarsız həyat həyat deyil. - Angelina Jolie

Beyninizi müsbət fikirlər, ümid dolu təbəssümlər və sevgi dolu sözlərlə qidalandırın. Güclü qalın!

Enerjinizi artıracaq sözlər 2022

Görmə bacarığı olan, lakin görə bilməyən insan dünyanın ən bədbəxt insanıdır. - Helen Keller

Gülüş bir rəng olsaydı, o, mütləq mavinin bir tonu olardı. - C. Cast

Hər səhər bir seçiminiz var. Həmin gün müsbət, yoxsa mənfi düşünəcəksiniz? Pozitiv düşüncə sizə güc verir.

Enerjinizi artıracaq sözlər yüklə

Hər səhər yola çıxanda buludlara salam ver. Daşlara, quşlara, atlara, otlara, insanlara salam ver. Nə görürsənsə salamla. Sonra cibindən güzgünü çıxar və bir salam da özünə ver. - Üstün Dökmen

Pozitiv olun. Düşüncələrinizi müsbət tutun, çünki düşüncələriniz sözlərinizə çevrilir. Sözləriniz müsbət olsun, çünki sözləriniz əməllərinizə çevrilir. Əməlləriniz müsbət olsun, çünki əməlləriniz vərdişlərinizə çevrilir. Vərdişləriniz müsbət olsun, çünki vərdişləriniz dəyərlərinizə çevrilir. – Gandhi

Enerjinizi artıracaq sözlər qısa

Xoşbəxtlik - həyata pozitiv baxmaq, gülümsəməkdir.

Həyatda peşmançılıq deyilən bir şey yoxdur, yalnız çıxarılan dərslər var. - Jennifer Aniston

Yazar: İlk yazar