Gözəllikləri ilə diqqət çəkən 10 məşhurun keçmiş və indiki halı
Hər gün sosial mediada, televiziya proqramlarında fəallıq nümayiş etdirən 10 məşhurun necə dəyişdiyinin şahidi olacaqsınız.
Mahnıları, aktyorluqları və nailiyyətləri ilə insanları heyran qoyan məşhurların əvvəlki formalarını görmüsünüz? Onların illər ərzində necə dəyişdiyi olduqca maraqlıdır. Həmin 10 məşhurun görünüşlərinə birlikdə nəzər salaq.
10. Cordi B
Cordi B dəyişikliyinin sirrini izləyiciləri ilə bölüşüb. O, sinəsini və ombasını plastik əməliyyatla böyütdüyünü etiraf edib. Məşhur reper açıqlamasında daha böyük ombalara sahib olmaq istədiyini bildirib.
9. Megan Fox
Təbii gözəlliyi ilə seçilənMegan Fox aktrisa və nodeldir. O, daha gözəl görünmək üçün bir neçə əməliyyat keçirib.
8. Adele
Ən çox dəyişən məşhurlardandır. Artıq çəkidən xilas olmaqla yanaşı, tərzini də dəyişərək daha cəlbedici görünüşə sahib olub.
7. Kate Bosworth
Məşhur aktrisa Kate Bosworthun əvvəlki halı indikindən çox fərqlənir. O, burnunda estetik əməliyyat etdirdiyini və yanaqlarına botoks qoydurduğunu etiraf edib.
6. Paris Hilton
Gənc ikən fotoları məsxərəyə qoyulan Paris Hilton son illər gözlliyi ilə diqqət çəkir. O, gözəlliyinin təbii olduğunu iddia etsə də, çoxları bunu əməliyyatlarla əlaqələndirir.
5. Beyonce
Məşhur amerikalı müğənni Beyoncenin keçmiş halı diqqət çəkir. O, burun düzləşdirmə,omba böyütmə, dodaq genişləndirmə və digər əməliyyatlar etdirib.
4. Taylor Swift
"Black Space" mahnısı ilə xüsusi məşhurluq qazanan Taylor Swiftin halı görənləri heyrətləndirir. Müğənni burun, dodaq, omba, çənə və digər əməliyyatlar keçirərək gözəlliyinə gözəllik qatıb.
3. Bella Hadid
Gözəlliyi ilə seçilən Bella Hadidin əvvəlki halı indikindən xeyli fərqlənir. Bella çoxlu estetik əməliyyat keçirən məşhurlardandır.
2. Röya Ayxan
Siyahıya yerli müğənnilərdən də əlavə etmək istədik. Bu milyonların sevimlisi, mahnıları dillər əzbəri olan Röya Ayxandır.
1. Britney Spears
2012-ci ilin ən məşhur müğənnisi olan Britney Spears görünüşü ilə də diqqət çəkir. Köklü dəyişikliklərə qərar verən müğənni burun, yanaq, sinə, omba və digər əməliyyatlar keçirib.