Həyəcanlandıran, qəlbi titrədən sözlər
Sevgi və həyəcanla bağlı sözləri bir araya toplamışıq. Bunları sosial mediada paylaşa bilərsiniz.
1. Motivə olmaq üçün pula ehtiyac yoxdur, həyəcanlı olmaq kifayətdir.
2. Bir sevgidə həyəcan varsa, bu münasibətin uzun müddət davam etməsi ehtimalı yüksəkdir.
3. Çox həyəcan keçirmə, əsla yolundan qayıtma.
4. Çox da həyəcanlanma, sakit ol, onsuz da olacağa çarə yoxdur.
5. Məsuliyyət etibarı, etibar isə həyəcan duyğusunu özüylə gətirir.
6. Nəfəs almaq belə həyəcanlanmaq üçün keçərli səbəb deyilmi?
7. Qarşısını ala bilməyəcəyin şeylər üçün çox da həyəcanlanma, çünki bunun mənası yoxdur.
8. Beton kimi ruhsuz və şüursuz olmaqdansa, həyəcandan qanı qaynayan insan olmağı seçirəm.
9. Səni ilk dəfə görəndə keçirdiyim həyəcanı unutmamışam. Təsiri hələ də üzərimdədir.
10. Adımı eşitmək belə həyəcanlandırır məni. De görüm sən necə bir varlıqsan?
Həyəcana dair sözlər
Bir münasibətin iki əsas şeyə ehtiyacı var: həyəcana və zəhmətə.Nəyin, nə vaxt həyəcanlandıracağını bilmirsən, çünki həyəcan sifarişlə gəlmir.
Monoton həyatı üstün tutursan, yoxsa həyəcanlı anları? Bu suala verəcəyin cavab sənin xarakterini üzə çıxarır.
Həyəcanlanmadan böyük uğurlara imza atacağını düşünürsənsə, deməli, yuxu görürsən.
Gördüyün işdən həyəcanlanmırsansa, demək, o işi sevmirsən.
Həyəcanın yoxdur? O halda bunun çarəsinə bax, çünki həyəcansız insan yelkənsiz gəmiyə bənzəyir.
Vacib işlərin hamısı həyəcanla yerinə yetirilir.
Səni niyə sevdiyimi bilirsənmi? Çünki heç nəyin vermədiyi həyəcanı verirsən mənə.
Adını eşidəndə belə həyəcanlanıram. Ah, kaş ki, hisslərim qarşılıqlı olaydı.
Həyəcanın və ümidin tükənməyibsə, bacarmaq ehtimalın var. Ancaq bu iki şey səndə yoxdursa, bacarmağın mümkünsüzdür.
Məni həyəcanlandıran bir iş həm də məni ümidləndirir.
Böyük işlərin sirri bir sözdə gizlənib: həyəcan.
Səsini eşidəndə sanki içimdə bir təbəddülat qopur. Bunun bir adı var: məni çox həyəcanlandırırsan.
Başqalarının nə deməsi önəmlidir? Xeyr. Həyəcanını itirməmisənsə, problem yoxdur.
Həyəcanın olmaması nələrinsə yolunda olmadığını göstərir.
Səsin məni həyəcanlandırır, səni görmək isə həyəcanımı zirvəyə qaldırır.