İlk görüşdə nələrdən danışmaq lazımdır?
Bu sual bir çox insanı maraqlandırır. Məqaləmizdə ilk görüş zamanı sıxıcı ab-hava yaratmamaq üçün nələr haqqında danışmağın daha məqsədəuyğun olduğunu qeyd etmişik.
1. Görüşə gəldiyinizdə salamlaşandan sonra qarşı tərəfin gününün necə keçdiyini soruşmaq, gün ərzində nələr etdiyi ilə bağlı sual vermək söhbətinizi asanlaşdıracaq. Onun həyata baxış tərzini anlamaq üçün gündəlik həyat şərtləri ilə bağlı söhbət etmək kifayət qədər məlumat toplamağa kömək edəcək.
2. Tanımağa hesablanmış suallar vermək ilk görüşdə olduqca vacibdir.
3. Qarşınızdakı insanlaeyni fikirdə olmaq məcburiyyətində deyilsiniz, lakin hansı fikirdə olmasından asılı olmayaraq, buna görə mühakimə və tənqid etmək haqqınız yoxdur. Onu anlayışla dinləsəniz, sizə inanar, daha çox fikrini sizinlə bölüşər. Əks təqdirdə, sizinlə ünsiyyəti tamamən dayandırar.
4. Qarşınızdakı insanı tanımaq üçün onun nələri sevdiyini və hobbisinin nə olduğunu öyrənin. Bu sualla ortaq və fərqli nöqtələrinizi müəyyənləşdirərək bir-birinizin inkişafına dəstək ola bilərsiniz.
5. Bir insanı tanımaq üçün ona gələcək hədəfləri ilə bağlı sual vermək olduqca vacibdir. İnsanların birlikdə xoşbəxt ola bilməsi üçün dəyərlərinin uzlaşması və həyatdan gözləntilərinin eyni yöndə olması mühüm amildir.
6. İlk görüşdə problemlərinizdən, dərdlərinizdən, maddi ehtiyacınızdan danışmayın. Qarşınızdakı insanın rəğbətini qazanmaq üçün həyatın mütəmadi olaraq sizi məyus etdiyini söyləməyin və bundan məyus olmayın.
7. Köhnə münasibətlərdən danışaraq zaman itirməməyiniz məsləhətdir. Qarşınızda tədqiq olunmağı gözləyən bir insan olduğu halda keçmişi saf-çürük etmək sizə xeyir gətirməz.
8. İlk görüşdə söhbətin necə davam edəcəyi də önəmlidir. Dinləmək xüsusən vacibdir. Bir insan danışarkən ona qulaq asmaq, sözünü kəsmək üçün fürsət axtarmadan, tənqid və məzəmmət etmədən şəfqətlə dinləmək vacib məsələdir. İnsan həqiqətən dinlənildiyini hiss etdikdə özünü dəyərli sanar.
9. Söhbətinizin ahənginin pozulmamasına diqqət edin. Qarşınızdakı insanın diqqətini dağıdacaq qədər uzun-uzadı danışmaqdansa, sual-cavab şəklində irəliləməyə önəm verin. Unutmayın, məqsəd özünüzdən saatlarla danışmaq deyil, söhbətləşərək qarşınızdaki insanı tanımağa çalışmaqdır.
10. İlk görüşdə yeni mövzulara üstünlük verilməlidir. İdman, sənət, maliyyə, dünya gündəmi kimi mövzular haqqında söhbət edərək qarşınızdakı insanın fikirlərini və həyata baxış bucağını öyrənə bilərsiniz. Onun dəyərlərini öyrəndikdən sonra onlara hörmət etdiyinizi bildirməlisiniz.
11. Gündəlik həyat fəaliyyətinizdən danışın. İş həyatı, işin insanın həyatında hansı yeri tutması, hobbilər kimi gündəlik fəaliyyətlər bir insanı tanımağa və anlamağa kömək edir.
12. Həyat məqsədlərindən və hədəflərdən bəhs etmək də vacib mövzulardır. Qarşı tərəfin əsas hədəfini, ona zövq verən hobbilərinin olub olmadığını öyrənməyə çalışın.
13. Görüşə gecikməsi və ya vaxtında gəlməsi çox da vacib detal deyil. Önəmli olan görüş əsnasında bunları fərq etməyidir.
14. Diqqətli insan görüşə vaxtında gələr. Sizi tanımağa istiqamətlənən suallar verər, sizinlə bağlı hər şeyi öyrənmək istəyər. Gözlərinizə baxar, sizi kəşf etməyə çalışar. Diqqəti ancaq sizdə olar.
15. Danışdığınız və onunla bölüşdüyünüz mövzularla bağlı sizə suallar verər. Uğurlarınızı təqdir edər. Sözünüzü kəsmədən sizi dinləyər.
16. Gülümsəmək vacib amildir. Qarşınızdakı insan sizinlə maraqlanırsa, sizi güldürmək üçün zarafatlar edər, üzünüzdə təbəssüm yaratmağa çalışar.
17. Söhbət zamanı qarşınızdakı insanın sözünü tez-tez kəsdikdə, telefonla oynadıqda onun sizinlə olan görüşü yüksək qiymətləndirəcəyini gözləməyin.
18. Görüşdə bədbin əhval-ruhiyyə sərgiləmək hər ikiniz üçün sıxıcı hal bəxş edər.
19. Həyatda hər kəsin həyatında çətin olaylar olur, ancaq unutmayın ki, kimsə sizi əyləndirmək və həyatınıza rəng qatmaq üçün orada olmur. Buna görə xoşbəxtliyin daxilinizdə yerləşən bir mənbə olduğunu kəşf etməlisiniz. Daha sonra həyatınıza gülüş və mizah qatmağı bacarın.
20. Həyatınızdakı hər detalı təfsilatı ilə danışmağınız, qarşı tərəfin tanımadığı insanlardan söhbət açmaq yorucu insan təsiri bağışlamağınıza səbəb olar.