İnternet nə vaxt yaradılıb? İnternet ilk dəfə nə üçün istifadə edilib?
İnternet nə vaxt və necə ortaya çıxdı? İnternetin nə zaman yaranması haqqında məlumatlı olmaq istəyən insanların həmişə diqqətini çəkib. Bu yazıda, İnternetin tarixin hansı dövründə ortaya çıxdığını, bir çox maraqlı faktlardan bəhs edəcəyik.
1973-cü ildə ARPANET şəbəkəsinə İngiltərə və Norveçdən iki universitet qoşulub. Bu hadisə tarixə qlobal anlamda ilk bağlantı kimi keçib. MİL-NET və ARPA-NET prosesi Bu sistem qısa vaxtda genişləndi və daha sonra ikiyə bölündü. Böyüyən sistemin bir parçası MİL-NET, digəri isə ARPA-NET adlandırılıb. Bu bölünmədən sonra iki şəbəkə arasındakı əlaqə bir neçə internet protokolu ilə qurulmağa başlanılıb. Bir şəbəkədəki kompüterin digər şəbəkədəki kompüterlə əlaqəyə girməsini təmin edən bu protokollarla məşhur "İP" termini texnologiya dünyasında yerini aldı. Soyuq müharibə qaydalarının aradan qalxmasıyla, xüsusən 1990-cı illərin ikinci yarısında bazara çıxarılan proqram və onu tamamlayan digər ünsürlərlə internet ticari hal aldı və istifadəsi genişləndi. Vaxt keçdikcə internet fərd və müəssisələrin müstəqil şəkildə qoşula biləcəkləri bir şəbəkəyə çevrildi. Hazırda texnologiyadakı əsas məsələ təşkilati məsələlərin bir-birinə bağlanması və fərdi kompüterlərin internetə qoşulması prosesidir.