İqlim dəyişikliyi qadınlara necə daha çox təsir edir
Dünyanın dörd bir tərəfində iqlim dəyişikliyinin ön cəbhəsində yer alsalar da, qadınlar qərar vermək mövzusunda hələ də geri qalır. Vogue planetimizin qarşı-qarşıya qaldığı böhranla mübarizə apararkən cinsi bərabərliyin niyə önəmli olduğunu araşdırıb.
Paris Moda Həftəsi ərzində Dior podiumunun üzərinə asılmış tabloda "patriarxizm = iqlim fəlakəti" yazılmışdı.
Tənlik bu qədər sadə olmaya bilər, ancaq şübhəsiz ki, iqlim dəyişikliyinin ən şiddətli zərbəsinə əsasən qadınların sinə gərdiyi anlamını verir.
Qadınlar üzərindəki təsir
İqlim dəyişikliyinin qadınlar üzərindəki təsiri dəyişkən olsa da, ümumi məqamlar da var. Dünya Təbiətin Mühafizəsi Təşkilatı (IUCN) qida, su və yanacaq ehtiyatlarının qıtlığının qadınlara daha çox təsir etdiyini bildirib.
Şərqi Anqlia Universitetinin professoru Nitya Rao "quraqlıq olduqda su və qida üçün kilometrlərlə yol getməyə məcbur qalan qadınlar var" deyə qeyd edib. O, iqlim dəyişikliyinin Asiya və Afrikadakı qadınlar üzərindəki təsirini araşdırara belə qənaətə gəlib:
"Əkinçiliklə məşğul olan icmalarda iqlim dəyişikliyinin əkin üzərinəki təsirini kişilərin başqa iş tapmaq üçün qəsəbə və ya dənizkənarı yerlərə köç etməsi, qadınlarınsa daha böyük məsuliyyət və öhdəliklərlə qalması şəklində görürük".
Dünya Təbiətin Mühafizəsi Təşkilatının apardığı araşdırma nəticəsində cəmiyyətlər və ailələrdəki mövcud güc balanssızlığının məhdud mənbələrlə daha da həssaslaşdığı və iqlim dəyişikliyinin dünyanın hər yerində qadınlara qarşı şiddətin artırdığı müəyyən olub.
Uşaq yaşda evləndirmələr, qadın və uşaq oğurluğu halları da artıb. Afrika və Asiyanın kasıb ölkələrində ailələr üzərlərindəki yükü azaltmaq üçün yaşı az olan qızlarını ərə vermək məcburiyyətində qalırlar. Sakit okean hövzəsində də qadına şiddət olayları yüksələn xətt üzrə gedir. 2011-ci ildə Vanuatudakı iki tropik siklondan sonra ailədaxili şiddət olayları 3 dəfə artıb.
Qadınların sahib olduğu seçimlər də fəlakətlərin ilk dalğasından təsirlənir. Ficidə lezbiyan, biseksual və transseksual qadınlar birliyi olan Diverse Voices and Action for Eguality-nin (DIVA) həmtəsisçisi Noelene Nabulivou "təhlükəsizlikdə ola bilmək üçün hara gedəcəyinə qərar verərkən bir fövqəladə halın mərkəzində təhlükədən uzaq olacağını haradan bilirsən?" deyə sualını verir.
Qadın birliklərinin yüksəlişi
İqlim dəyişikliyinin ön cəbhəsində yer alan qadınlar fəlakətlərin getdikcə artan təhdidləri ilə mübarizə aparmaq üçün müxtəlif strategiyalar qurmağa səy göstərirlər. Qadınlar birləşərək müxtəlif tərkibli birliklər, həmrəyliklər yaradırlar.
Ficidə ailənin saxlanılmasında məsuliyyətli olan qadınlar tropik siklon olduqda öz birlikləri arasında məsləhətlər aparırlar.
"Winston siklonundan bir neçə saat sonra qruplarımızla çalışmalara başladı. Dünyanın hər yerində gördüyümüz qəribə mənzərələrdən biri də bu idi ki, qadınlar öz mübarizələrindən yayınmırdılar".
2015-ci ildə 200-dən artıq qadın birliyindən ibarət Qadınların Qlobal İqlim Ədaləti Çağırışı kampaniyası yaradılıb. WEDO qadın təşkilatının direktoru Bridget Burns bunları bildirib:
"Daha əhatəli bir feminist araşdırması etmək üçün bir səfərbərlik hərəkatı qurmaq istəyirik".
Qadının baxış bucağının əhatə olunması
İqlim dəyişikliyi dünyanın hər tərəfindəki qadınlar üçün necə böyük çətinliklər yaratsa da, onlara qulaq vermək də bir o qədər vacibdir. 2019-cu ildə BMT-nin hesabatında verilən qərarlarda qadınların təmsil olunmadığı diqqətə çatdırılıb.
Yeni innovasiyalar istehsal edənlər də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə aparmağa çalışan qadınlara investisiya qoymaq böyük önəm kəsb edir.
Cinsi ayrıseçkiliyə daha geniş perspektivdən yanaşmaq iqlim dəyişikliyindən zərər görən qadınlara kömək etməklə yanaşı, eyni zamanda həllin bir parçası olmalarını da təmin edəcək.
"Dünya çapında hər sahədə cinsi bərabərliyi təmin etmə və qadınlara səlahiyyət vermə hərəkatını sürətləndirə bilsək, nəticəmiz daha təsirli və uğurlu olacaq" - deyə Newman bildirib.