Karaokeni kim icad edib?

Dostlarla birgə xoş vaxt keçirmək üçün ağla gələn ilk məşğuliyyətlər bovlinq, bilyard və rəqsdir. Ötən əsrdə "karaoke" adlı anlayış bu məşhur əyləncələrin arasına girdi. Yaponca "boş orkestr" anlamı verən karaoke elə Yaponiyada yaranıb.

İlk karaoke cihazı 1972-ci ildə Yaponiyada düzəldilib. Sonralar yerli restoranlarda karaoke olduqca geniş vüsət altı.

Karaoke fikri qeyri-adi şərtlərdən qaynaqlanıb. Yapon musiqiçi Daysuke İnoye kafelərdə çalışırdı. Bir müştəri onunla birlikdə şəhər kənarındakı tədbirə getməsini istədi. Daysuke səfərə çıxa bilmədi. Buna baxmayaraq, müştərinin yemək zamanı mahnı oxuya bilməsi üçün xüsusi səs yazdırdı. Müştəri ondan daha bir neçə kaset yazdırmasını da istədi. Bundan sonra Daysuke insanların oxuduğu musiqini çalan, mikrofonu, səsgücləndirisi olan bir sistem qurmağa qərar verdi.

İnoye texnologiyadan xəbərdar dostlarıyla birlikdə 11 ədəd "8 Juke" adlı aparat yaratdı. Bu aparatları Kobedəki kiçik barlara kirayə verdi.

Karaokenin icadı

İki kluq sahibi aparatı satın aldıqdan sonra hər şey dəyişdi. "8 Juke" aparatına olan tələb sürətlə artdı və ilk sifarişlər Tokiodan gəldi.

Karaoke şəbəkəsi

90-cı illərdə karaoke Asiyada geniş yayıldı. Həmin vaxtlar karaoke sisteminə modern səs texnologiyası, lazer disklər və videoyönləndirici əlavə olundu.

Karaokeni kim kəşf edib?

Daysuke bu icadını patentləşdirmədiyi üçün çoxlu pul qazana bilmədi. Onun ixtirasından şirkətlər yararlandı.

Bir müsahibəsində İnoye bunları bildirib:

İnoye

"İxtirama patent alsaydım, karaokenin cari inkişafına əngəl yaradacaqdım, bu qədər geniş yayılmayacaqdı. Lakin o vaxt çoxlu pul gətirəcəyini düşünmürdüm. Sadəcə, Kobedə aparatlarımın istifadə olunacağını planlaşdırmışdım. Çoxları buna inanmasa da, mən karaokenin bu qədər inkişaf edəcəyini düşünmürdüm".

1996-cı ildə İnoye haqqında Sinqapur televiziyasında geniş material efirə getdikdən sonra onu karaokenin yaradıcısı kimi tanımağa başladılar. 1999-cu ildə "Time" dərgisinin Asiya nəşrində "yüz ilin ən məşhur asiyalıları" siyahısında yer aldı.

Karaoke

2004-cü ildə İnoye Nobel Sülh Mükafatı aldı.

2005-ci ildə rejissor Hiroyuki Tsuyi İnoyedən bəhs edən "Karaoke" adlı bioqrafik film çəkdi.

Daysuke İnoye hazırda Kobedə arvadı, qızı, 3 nəvəsi və 8 itiylə birlikdə yaşayır. O, hamam böcəyi öldürmə cihazı yaratmağa çalışır.

Yazar: İlk yazar