Keçmişdə istifadə edilmiş ən qəribə 10 ixtira!
Dünyada bir çox insan fərqli ixtiralarla qarşılaşmışdır. Bu ixtiralardan bəziləri bu gün də istifadə olunarkən, bəziləri isə sadəcə maraqlı olduğu üçün xatırlanır. Günümüzə gəlib çatmağı bir yana qalsın, öz vaxtlarında belə istifadəyə yararlı olmayan, lakin maraqlı olan ixtiraları aşağıda görə bilərsiniz. Əminik ki, bəzi maraqlı ixtiraların nə üçün icad edildiyini başa düşməyəcəksiniz.
Ən qəribə ixtiralar;
1. Eyni anda həm saç darayan,həm də başı parıldadan fırça. Böyük ehtimal keçəl bir ixtiraçı tərəfindən icad edilmişdir.
2. Radiolu papaq! Musiqini çox sevirsən? Radiolu papaq ilə musiqi hər zaman zehninizdədir
3. İki nəfərlik borulu papiros (pipo)! Yaxşı reklam edə bilmədikləri üçün iş alınmayıb.
4. Həm quruda, həm də dənizdə gedə bilən velosiped! İstehsalçı islanmamaq üçün də bir həll yolu tapsaydı, böyük ehtimal işi alınardı.
5. Dial-up xəritəsi! Onlarla səhifəlik xəritələrə baxmaqdan bezmisinizsə, bu tam da sizin üçündür. Ancaq hara baxdığınızı unutmayın, çünki geri dönmək çox çətin olacaq.
6. Asqılı körpə qəfəsi! Düşünürəm ki, bu fikrin niyə işləmədiyi olduqca aydındır.
7. Bir təkərli motosiklet! Adamdan soruşmazlarmı ki, iki təkərli motosikletin nəyini bəyənmədin ki, bir təkərli motosiklet icad etdin?
8. Qazdan qoruyan uşaq arabası! Hesab edirəm ki, bu sadaladıqlarımızdan ən yaxşısıdır. Pandemiya dövründə də çox zəruri bir şeydir.
9. İki nəfərlik uşaq asqısı! İndi bu uşağa "ananı və ya atanı daha çox sevirsən?" deyə soruşsan, "hər ikisini" deməsi normal deyilmi?
10. Üz qoruyucu (yağış, qar və s.), Üzümüz sanki şəkərdən hazırlanıb və yağış yağıb üzümüzü əridə bilər :)