Mezoterapiya nədir?
Mezoterapiya ilk dəfə 1952-ci ildə ortaya çıxıb və o zamandan bəri aktuallığını qoruyur. Bəs mezoterapiya nədir? Hansı müalicələrdə istifadə olunur? Yan təsirləri hansılardır? Estetik və plastik cərrah Dr. Ufuk Askeroğlu mezoterapiyanı şərh edib.
Mezoterapiya müxtəlif dəri problemlərini aradan qaldırmaq üçün tətbiq olunan üsuldur.
Üstün tutulan əsas tətbiqlər
Askeroğlu mezoterapiyanın üstün tutulduğu sahələri aşağıdakı kimi sıralayıb.
- Dəri inkişaf etdirmə
- Yaşlanmaya qarşı əməliyyatlar
- Ləkə problemləri
- Sellulit çat müalicəsi
- Yara izləri
Mezoterapiyanın tətbiqi haqqında
Mütəxəssis mezoterapiya necə edilir sualını belə cavablandırıb: "Mezoterapiyada dərinin alt təbəqəsindəki kollagen və elastin qatlarına nüfuz edilir. Stimulyasiya nəticəsində qan dolaşımı düzəlir və cavab verilir. Mezoterapiya müddətində insanların istək və ehtiyaclarına görə müəyyən olunan minerallar və amino turşuları qarışdırılaraq müəyyən nisbətlərdə inkeksiya edilir.
Mezoterapiya kimlər üçün uyğun deyil?
Mezoterapiya tətbiqinin uyğun olmadığı insanlar hamilələr və südverən analar, iflic xəstələri, şəkər xəstələri, xərçəng xəstələri və digər sağlamlıq problemi olan şəxslərdir.
Mezoterapiyanın yan təsirləri varmı?
Mezoterapiyadan sonra baş verən əsas yan təsirlər qızarıqlıq və şişkinlikdir. Bu əlamətlər öz-özünə keçib gedir. Əməliyyatdan sonra bu cür təsirlər ikinci və üçüncü tətbiqdən sonra yarana bilər.Mezoterapiya tətbiq edildikdən sonra mütəxəssis tövsiyəsi alınmalı və aspirin istifadə olunmalıdır. Əməliyyatdan sonrakı 2 gün ərzində əməliyyat bölgəsinə su təması olmamalıdır.
Mezoterapiya tətbiqləri necə edilir?
Üz bölgəsinə mezoterapiya tətbiqi
Üz mezoterapiyasında insanın dəri problemlərinə görə dərmanlar müəyyə olunur və dəri altına tətbiq edilir. Dərmanlar az olduğu üçün yan təsirlərin yaranması ehtimalı azdır. Üz mezoterapiyası ilə dəridəki qırışlar və sərpmələr aradan qaldırılır.
Sellulit probleminə mezoterapiya tətbiqi
Xüsusən qadınlarda yaranan bu problem xarici görünüşə pis təsir edir. Mezoterapiya ilə dəri altına injeksiya edildiyi üçün sellulit bölgəsindəki qan axını tənzimlənir. 4-10 həftə ərzində müsbət nəticə əldə oluna bilər.
Yağlanma probleminə mezoterapiya tətbiqi
Qarın, bek və qol nahiyələrindəki lokal yağlanma problemləri üçün mezoterapiya üsulu təklif edilir. Mezoterapiya nəticəsində yağ toxumasının yanması sürətlənir. Məşq və pəhrizlə qısa müddət ərzində uğurlu nəticələr əldə olunur.
[xeberdarliq]