Mükəmməl kirpiklərə sahib olmağın 5 yolu
Qaşlar və kirpiklər üz ifadəsinə böyük məna qatır. Bu səbəbdən bu gün seyrək qaşlar və ya kirpiklər halında tətbiq oluna biləcək bir çox estetik prosedur ortaya çıxır. Hamısı gözəllik vəd etsə də kirpiklərinizə zərər verir. Təəssüf ki, onların heç biri daimi bir həll yolu deyildir. Kirpik uzatmağın təbii yollarını sizlərlə bölüşürük:
1. Kirpikləri içəridən qidalandırın
A,B və E vitaminləri kirpiklərin gücləndirilməsi və bəslənməsində çox təsirlidir, onlara sürətlə böyüməyə imkan verir. Tez-tez bu vitaminlərin bol olduğu yerkökü, badam və banan kimi qida maddələrini qəbul edərək, kirpiklərinizin sürətlə böyüməsinə və güclənməsinə kömək edə bilərsiniz.
2. İstifadə edəcəyiniz kirpik burucu ilə bağlı seçici olun
Kirpik burucuların yanlış istifadəsi kirpiklərin köklərinə zərər verə bilər. Kirpikləri qıvırmaq əvəzinə effektiv bir kirpik tuşunu seçə bilərsiniz. Beləliklə, daha dəqiq metod kirpiklərin tökülməsinin qarşısını alacaq.
3. Yatmadan əvvəl göz makiyajını təmizləyin
Gözəllik üçün kirpiklərinizə çəkdiyiniz tuşlar, təəssüf ki, tük köklərini tıxayır və bütün gün nəfəs almasına mane olur. Və gecə makiyajınızı silmədən yatarsanız, tökülmələr qaçılmazdır. Çünki yatarkən dəriniz bütün gecə özünü yeniləyir. Oval və yüngül hərəkətlərlə yağlı təmizləyicilərlə makiyajınızı silmək, qalıq buraxmamaq üçün diqqətli olmaq ilk işlərdən biridir.
4. Təbii yağlardan istifadə etməyi unutmayın
Siz gənəgərçək yağı, badam yağı, jojoba yağı, lavanda yağı və ya zeytun yağı istifadə edərək kirpikləri qidalandıra bilərsiniz. Kirpiklərinizə qulaq təmizləyən pambıq tamponunun köməyi ilə bu yağlardan sürtərək onların güclənməsini əldə edə bilərsiniz.
5. Yaşıl çay ilə kirpiklərinizi kompres edin
Göz makiyajınızı təmizlədikdən sonra dəmlədiyiniz yaşıl çayın ilıq olmasını gözləyin, sonra pambığın köməyi ilə gözlərinizə və qaşlarınıza yumşaq bir şəkildə çəkin. Yaşıl çay gözlərinizi sakitləşdirəcək və tökülmənin qarşısını alacaq, həmçinin dərinizi makiyaj qalıqlarından tamamilə təmizləyəcək.