01.10.19 17:03
Ölkəsində hamı onunla evlənmək istəyir! Böyük dodaqlara sahib olmaq üçün 15 əməliyyat etdirən qız
Bolqarıstanda yaşayan 22 yaşlı Andrea Emilova İvanova dodaqlarından məmnun qalmaq üçün 15 dəfə əməliyyat etdirib. Bu proseslərə çoxlu pul xərcləyib.
Hər dəfə etdirdiyi dodaq böyütdürmə əməliyyatının onu daha xoşbəxt etdiyini düşünən İvanova yeni görünüşüylə davamlı olaraq evlilik təklifləri aldığını bildirir.
"Böyük dodaqlarla daha cəlbedici görünürəm və bu, Bolqarıstanda dəb olub. Yaşadığım yerdə bütün klinikaları gəzdim və bütün dodaq böyütmə üsullarını sınadım".
"Instagram"-da çoxlu izləyicisi olan Andrea yeni görünüşüylə davamlı komplimentlər aldığını və bir çox kişinin xəyalı olduğunu dilə gətirir.
"Münasibətlər həm müsbət, həm də mənfidir. Xüsusən qadınlar tənqid edirlər. Dünyada kiçik və böyük dodaqlı qadınlar var, bu məni maraqlandırmır. Mənim görünüşüm də heç kimi narahat etməməlidir".
Andrea bu görünüşün heç bir məşhurda olmadığını, onlara bənzəmədiyini bildirir.
"Açıq fikirli insanam. Hər kəs istədiyini etməkdə sərbəstdir. Bir çox kişi mənim üçün əldən-ayaqdan gedir".