Peyğəmbərimiz Ramazan ayını necə keçirərdi?
Xəstələri və yaşlıları tez-tez ziyarət edən peyğəmbərimiz Ramazan ayında bu ziyarətlərin sayını daha da artırardı. İnsanlar arasındakı hər hansı bir fərq qoymur, hər kəslə birlikdə olur, yoxsul ailələri ziyarət edir, dərdlərinə çarə axtarırdı.
Peyğəmbərimiz Ramazan ayında ibadətini həddindən artıq artırmazdı. Təravih namazlarını tək və ya camaatla qılardı. Ramazanın son on günündə evinin camaatını gecə ibadətinə oyadardı.
İtikafa girərdi
Peyğəmbərimiz Hz. Məhəmməd (s) hər Ramazan orucunun son on günü itikafa gedirmiş. İtikaf, müəyyən bir müddət məsciddə qalmaq və dünyəvi işlərdən uzaqlaşaraq özünü ibadətə həsr etmək deməkdir. Vacib olan itikafta oruc şərtdir. Hz. Aişənin rəvayətinə görə, Rəsulullah Ramazan ayında ibadəti xüsusi səylə edərdi. Ramazanın son 10 günündə isə özünü tamamilə ibadətə verirdi.
Peyğəmbər sahur yeməyini nə qədər gecikdirməyə çalışsa, bir o qədər də iftara tələsir və axşam namazını qılmazdan əvvəl iftar edirdi. Məlumdur ki, Peyğəmbər orucunu şirin yeməklərlə, xüsusilə xurma ilə açırdı. Xurma tapa bilməyəndə su ilə iftar edir və bunu tövsiyə edirdi.
Orucunu xurma və su ilə açardı
Peyğəmbərimiz orucunu bir neçə xurma və su ilə açırdı. Bundan sonra axşam namazına keçirdi. Bunun səbəbi xristianların və yəhudilərin iftarlarını ulduz görünənə qədər təxirə salmalarıdır.
Sədəqə verərdi
Peyğəmbərimiz "Hansı sədəqə daha fəzilətlidir?" sualına "Ramazan ayında verilən sədəqə" deyə cavab verib. Hz. Məhəmmədin (s) vəhyinin mirzələrindən olan Zeyd bin Sabitə nəsihəti: "Ey Zeyd! Əgər verəcək bir şeyin yoxdursa, bir parça ip də olsa, sədəqə ver".
İftara qonaq çağırırdı
Peyğəmbərimiz Hz. Məhəmməd (s) Ramazanda iftar vaxtı gələndə oruc tutan bir şəxs üçün oruc tutmağın fəzilətindən xəbər verib. Bir hədisdə belə buyurur: "Kim bir oruclunu iftara dəvət etsə, onun qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz".
Təravih namazını qılırdı
11 ayın sultanı Ramazanda peyğəmbərimiz möminləri təravih namazı qılmağa çağırırdı. O, bu namazla bağlı belə deyib: "Allah sizə Ramazan orucunu fərz qılıb, mən də gecə namazını (təravih) sünnət qıldım".
Peyğəmbər Ramazan ayının axşamlarını xüsusilə təravih namazı qılmaqla keçirmiş və səhabələrini bu namazı qılmağa təşviq etmişdir. Hz. Peyğəmbər bəzən camaatla, bəzən də təkbaşına təravih edirdi. Təravihi camaatla qılmamasının səbəbi onun ümməti üçün çətin olacağını düşündüyü üçün bunun vacib ibadət olmasını istəməməsi ilə izah olunur.
Peyğəmbərimiz ibadət barədə necə xəbərdarlıq edərdi?
Ramazan ayını böyük bir coşqu ilə qarşılayan peyğəmbərimiz, bu uca ayın heç bir dəqiqəsini boşa verməməyə çalışardı. Bu mövzuda ətrafdakılara da məlumat verərdi. Xüsusilə Şaban ayının son 10 günündə moizə oxuyaraq möminləri Ramazan ayını səmərəli keçirməyə təşviq edərdi. Bu xütbələrin birində Peyğəmbər buyurub: "Ramazanda əda ediləcək bir fərz digər dövrdəkilərdən 70 dəfə artıq savab qazanacaq, hər hansı bir nafilə fərz kimi savab gətirəcək".
Peyğəmbərimiz hansı günlərdə ibadətə daha çox vaxt ayırırdı?
Ramazan ayını bu qədər həssas keçirən peyğəmbərimiz hər zaman dua və ibadət edərdi. Gündüzlər köməksizin köməyinə çatan, ehtiyaclarını ödəyən peyğəmbərimiz gecələr ancaq ibarət edirdi. Dilindən dua düşməzmiş.
Peyğəmbərimiz Ramazan ayında necə qidalanırdı?
Sərt iqlimi olan Ərəbistan yarımadasında peyğəmbərimiz Ramazan ayında sahur və iftar süfrələrində adətən xurma yeyir və su içirdi. Çox yemir və hər kəsə az yeməyi tövsiyə edirdi. Məhəmməd Peyğəmbər (s) Ramazanda sağlam şəkildə qidalanma ilə bağlı məsləhətlər verib. O, belə buyurub: "Dörd şeyi edən şəxs orucu çox rahat tutur: orucu su ilə açmaq, sahura qalxmaq, günorta istirahət etmək və gözəl ətirdən istifadə etmək".