01.10.21 20:10
Qadın və kişilərin ən məşhur yalanları
İnsan çətinə düşəndə adətən yalana əl atır. Bu yalanlar sevgiliyə, iş yoldaşlarına və ya ətrafdakı insanlara danışılır. Araşdırmalara görə kişilər qadınlarla müqayisədə daha çox yalan danışırlar.
ABŞ-da iki min insanın üzərində aparılan araşdırma zamanı məlum olub ki, bir qadın gün ərzində orta hesabla 3, bir kişi isə 6 yalan danışır.
Kişilərin ən çox danışdıqları yalanlar:
- Kök deyilsən, ideal çəkin var.
- Mən sənin bədəninə yox, ağlına heyranam.
- Toplantım var, biraz gec gələcəm.
- Tıxacdayam.
- Telefonumun şarjı bitmişdi.
- Səndən başqa qadını gözlərim görmür.
- Zəng vurduğunu eşitməmişəm.
- Təbii ki, sən ondan gözəlsən.
- Sənə heç vaxt yalan danışmıram.
- O qədər də bahalı deyil.
- Keçmişdə yaşadıqların önəmli deyil.
- Problem səndə deyil, məndədir.
Qadınların ən çox danışdığı yalanlar:
- Fikirlərinə hörmət edirəm.
- Başım ağrıyır.
- Səndən başqa kişi mənə çəkici gəlmir.
- Bu axşam qonşumgildəyik.
- Əslində, o qədər də bahalı deyil.
- Ucuz aldım, hələ endirim də etdilər.
- 10 dəqiqəyə çatıram.
- Bağışla, eşitməmişəm.
- Mən bilmərəm.
- Sənə yalan danışmaram.
- Xarici görünüşün önəmi yoxdur.
- Məndən daha yaxşılarına layiqsən.
- Anan istədiyi qədər bizimlə qala bilər.
- İndi heç kimlə danışmaq istəmirəm!