Qadınlarda kişiləri cəlb edən 10 şey
Kişilər dünyalarını paylaşa biləcək, rahat hiss edə biləcək, uşaqlarına ana ola biləcək, enerjiləri zəif olduqda onlara güc verə bilən və daha yaxşı bir insan etdikləri qadınları yanlarında istəyirlər. Güclü cinsin marağını itirməmək üçün qadınlar bir qədər əlçatmaz olmalıdırlar.
Hər bir qadın, bunu hətta gizlətsə də, bəyəndiyi kişini cəlb etmək, onun həyatında əsas insana çevrilmək arzusuyla yaşayır. Bəziləri üçün bu arzular gəreçəkləşsə də, bəziləri üçün şirin xəyal kimi qalır. Bəs bunun səbəbi nədir? Biz hansı davranışımızla kişini cəlb edir ve ya özümüzdən itələyirik?
Psixoloq Aygün Ağabalayeva verdiyi açıqlamasında dedi ki, qadınlarda kişileri cəlb edən əsas 10 xüsusiyyət var. Əgər qadın bu xüsusiyyətləri özündə cəmləşdirə bilirsə, heç bir kişi ondan ayrılmağı ağlına belə gətirməyəcək.
1. İlk növbədə kişilər gözəl xarici görünüşə fikir verirlər.
Qadının bədən quruluşu, mənalı baxışları, dodaqları, saçları, gözəl ve səmimi gülüşü kişini cəzb edir. Bəzi kişilər üçün qadının saçının rəngi belə əhəmiyyət daşıyır.
2. Qadın gözəl ətri ilə də kişiləri cəlb edir.
Adətən kişilər qadınlardan tər iyi gələndə iyrənirlər. Lakin kəskin ətir iyi də onlara pis təsir bağışlaya bilər. Qadının ətri azca hiss olunan ve valehedici olmalıdır. Həm də eyni ətirdən istifadə etməklə də təkrarolunmaz ətrinizi yarada bilərsiniz. Belə ki, o, həmin ətri duyanda sizin üçün darıxacaq.
3. Qadın özündən əmin olmalıdır.
Qadının zərifliyi, səmimiyyəti, təbii olması, sadəliyi, qayğıkeşliyi, özünə əmin olması kişinin qəlbini fəth etmək üçün əsas silahlarıdır. Hesab olunur ki, diqqətə ve qayğıya qadının daha çox ehtiyacı var. Amma kişilər də əzizlənməyi, diqqəti ve qayğını sevirlər.
4. Qadın hörmətcil olmalıdır.
Bir münasibətdə hörmət çox vacibdir. Qadınlar kimi, kişilər üçün də hörmət əvəzolunmaz bir elementdir. Özünüzü necə ifadə etdiyiniz və başqaları ilə necə ünsiyyət qurduğunuz sizin haqqınızda çox şeyi ortaya qoymaq üçün kifayətdir. Qadının kişiyə hörmət etməsi də yüksək qiymətləndirilir.
5. Qadının sadiqliyi de kişi üçün vacibdir.
Kişi əmin olmalıdır ki, seçdiyi qadın çətin vəziyyətlərdə belə onu yalnız qoymayacaq. Belə ki, kişi güclü olmağına baxmayaraq, sevdiyi qadının dəstəyinə ehtiyac duyur. Qadın kişini özünə bağlamaq istəyirsə, onun həyatda buraxdığı səhvləri üzünə vurub tənqid etməkdənsə, onu ruhlandırmalıdır.
6. Qadının səsi kişiləri cəlb edir.
Kişilərincə səsli qadınlara daha çox üstünlük verirlər. Kişilər üçün ən ideal səs Marilyn Monroe, ən az cəlbedici səs Kim Kardashian və ən qəribə səs Ellen Page-in səs tonudur. Onlar qışqıran, hündürden ve ya çox nazik, əsəblərə toxunan səslə danışan xanımları dinləməyi sevmirlər.
7. Qadınlarda pozitiv ehval-ruhiyye kişilərə müsbət təsir göstərir.
Qadının üzündəki gözəl təbəssümün də cəlbedici qüvvəsi var. Yaxşı olar ki, kişi gülməli bir şey danışanda, zarafat edənde qadın qaşqabaqlı qalmasın. O da gülərək şən görünməyə çalışsın. Lakin həddini aşaraq hər bir şeyə görə gülmək də yaxşı qarşılanmır.
8. Qadın gərək zövqlü olsun.
Kişilər zövqlü qadınlara üstünlük verirlər.
9. Fiziki uyğunluq əsasdır.
Kişilər ümumiyyətlə özlərindən daha qısa qadınları sevirlər. Ancaq bəzi kişilər üçün boy 7 ilə 8 sm arasında fərqlənə bilər. Hündür kişilər qısa qadınlar axtarmağa çalışarkən, qısa kişilər öz boylarına yaxın bir qadın axtarırlar. Fiziki uyğunluq kişi ve qadın münasibətində əsas amillərdəndir.
10. Kişiyə əvəzolunmaz olduğunu hiss etdirmək lazımdır.
Belə ki, onlar özlərini əvəzolunmaz hiss etməkdən hər zaman zövq alırlar.
Kişiləri qadınlardan uzaqlaşdıran psixoloji ve fizioloji faktorlar
Psixoloq hesab edir ki, hər bir kişi qadından sevgi ve hörmət istəyir. Əgər kişi qadının yanında özünü güclü hiss etməsə, əksər hallarda ona qarşı olan marağı çox tez itir. Eqoizm, laqeydlik, deyingənlik, əsəbilik, daim narahat olmaq, tez-tez öz həyatından şikayətlənmək də kişini qadından uzaqlaşdıran əsas amillərdir. Adətən çox danışan xanımlar da kişini əsəbləşdirirlər. Ona görə də ünsiyyət zamanı daha çox dinləməyə, bununla yanaşı, maraqlı həmsöhbət olmağa da çalışın. Kişilər onların həyat tərzini dəyişməyə cəhd göstərən qadınları da xoşlamırlar. Özlərini ana kimi aparan ve kişilərlə uşaq kimi rəftar edən qadınlar da arzuolunan deyillər. Və ən əsası - həddindən artıq qısqanclıq kişiləri tez bezdirir.
Cəlb etməyi öyrənmək olarmı?
Psixoloq A.Ağabalayeva bildirir ki, hər bir insanın özünəməxsus xarakteri, öz özəlliyi ve gözəlliyi var: “Amma bəzi xüsusiyyətlər var ki, insan sevəndən sonra özündə aşkar edir. Bu həm müsbət, həm də mənfi xüsusiyyətlər ola bilər. Bu xüsusiyyətləri aşkar etdikcə cəlb etməyi öyrənmək mümkündür. Lakin çalışmaq lazımdır ki, cəlb etmək üçün yiyələndiyiniz o müsbət xüsusiyyətlər məqsədə çatandan sonra itməsin. Daha cəlbedici obraz yaratmaq üçün hər bir şeydə həddini gözləyin. Həm zahiri görünüşünüzdə, həm də davranışınızda sadəliye üstünlük verin. Yalnız baxımlı ve savadlı gəlincik obrazında olmağa çalışmayın. Unutmayın ki, qadında ləyaqət hissi olmalıdır. Kişilərin xoşuna gəlmək üçün qadın ilk növbədə özünü bəyənməli, sevməli ve özünə hörmət etməlidir. Ən əsası - güclü cinsin marağını itirməmək üçün qadınlara bir qədər əlçatmaz olmaları məsləhətdir”.