Qısa bir moda xəbər turu: ötən aylarda nələr yaşandı?

Sentyabrda yeni trendlər, dəblər yarandı. Moda dünyasındakı yeniliklərlə bağlı məlumatları təqdim edirik.

İmprovizasiyalar

Coach With Friends 2021

Sevdiklərimizlə vaxt keçirməyi, önümüzdəki sonsuz ehtimalları, böyük planları və digər tərəfdən bütün improvizasiyaları Jennifer Lopez ilə birlikdə qeyd edirik. Coach-ın "With Friends" adlı 2021 Payız Kampaniyasında Jennifer Lopez sadəliyə və azadlığa qayıdışını vurğulayır və kampaniyanın adına diqqət çəkir: "Dostlarımla birlikdə olarkən ehtimallar sonsuzdur. Növbəti addımda nələrin baş verəcəyini hər zaman bilməzsiniz". Sevgili Jennifer Lopez, sevgidə də ehtimallar sonsuzdur. Ben Affleck ilə növbəti addımda bütün impovizələrinizi qeyd etməyə hazırıq.

Məndən neçə dənə var?

Corrin Miu Miunun 2021-2022

"The Crown" serialının Dianası Emma Corrinin Miu Miu ilə sevgisi 78-ci "Qızıl "Qlobus" mükafatı mərasimində geydiyi əlbisəsi ilə başladı. İndi isə Corrin cəsur Miu Miunun 2021-22 payız-qış kampaniyasında geyimlərin gücünü kəşf edir. Fərqli imiclərlə belə özün ola bilmək cəsarətini, oyun və reallıq arasındakı bulanıqlığı və təbii ki, qadın cəmiyyətlərinin yaradıcı gücünü ehtiva edən kampaniyada Emma Corrini fərqli obrazlarda izləyirik. "A Brave Heart" adlı kolleksiyadakı bonelər isə payız favoritimizdir.

Meqa Trend: Y2K

Meqa Trend Y2K

Britney Spears səhnədən səslənir: "Oops. I did it again!" Qısa tişört, düşük belli şalvar, qeyri-adi parlaq detallar, baget çanta, öndən bağlamalı bluz, incə çiyinləri olan əlbisə və qısa ətək. 90-cı illərin sonu və 2000-ci illərin əvvəlini əhatə edən Y2K trendi yenidən aramızdadır. TikTok və Instagram-da canlı şəkildə izləyə biləcəyimiz bu möhtəşəm Y2K qayıdışı Tom Ford, Blumarine və Connor Ives podiumlarında yüksəliş nümayiş etdirib. Y2K stilinin ən öndə gedən təmsilçiləri isə Bella Hadid, Dua Lipa və Halley Baldwin Bieberdir.

Yalnız mənim üçün

Dior-un 2021-22 payız-qış kolleksiyası

"Bax yaşıl-yaşıl" klubunun ən fəal üzvləri 2021 payız trendlərinə ilk sıradan yerləşməyi bacardı. Modanın davamlılıq strategiyalarının da əsas rəngi olaraq yaşıl, müxtəlif tonları ilə təbiətin hüzurunu nümayiş etdirir. Dior-un 2021-22 payız-qış Haute Couture şousunda ənənəvi gəlinlik paltarı kodlarını da dəyişdirdiyini xatırlatmaq lazımdır. Yaşıl bir ağac pərisinə çevrilən Dior gəlinlik paltarı, təbiəti tərənnüm etdirir.

Yeni oyunbazlar

Louis Vuitton NFT

Bir tərəfdə Blaknos Block Party oyunu ilə əməkdaşlığa imza ataraq NFT xarakterlər və aksesuarlar təklif edən Burberry, digər tərəfdə çıxdığı yolun izlərini daşıyan yeni "Louis: The Game" NFT oyunuyla Louis Vuitton. NFT, yəni Non-fungible Token rəqəmsal dünyadakı hər bir nəsnəyə dəyər qazandırantexnologiyadır. Bəs yeni moda markalarını və oyunları qovuşdurmağın yeni körpüsü NTF ola bilərmi? Bəli! NFT kolleksiyasını bazara çıxaran Burberry-nin Sharky B adlı köpəkbalığı obrazı üzərində markanın monoqramlarını daşıyır. Louis Vuitton-un "Louis: The Game" oyunu isə markanın köklü xatirələrindən izlər ehtiva edir. Parisə doğru irəliləyən baş qəhrəman Vivienne çətin bölümləri adladıqca yeni bacarıqlara yiyələnir. Oyunda topladığınız ballardan Louis Vuitton mağazalarında istifadə edə bilərsiniz. NFT texnologiyası lüks modanın yeni oyun sahəsidir.

Yazar: İlk yazar