Şeirlərdən Mənalı Misralar
Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə.
(Yarı Məndə, Yarı Səndə, Nüsrət Kəsəmənli)
Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram.
Gözüm gözündən doymaz,
Qulağım səsindən.
Sinəm nəfəsindən.
(Sən narın yağış kimi , Balaş Azəroğlu)
Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.
(Sənin üçün, Nəbi Xəzri)
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
(Yavaş-yavaş sevdim səni, Ramiz Rövşən)
Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli
Gəl, gül də, çiçək də özümüz olaq.
Sən bir az ağıllı, mən bir az dəli…
(Gül sənin nəyinə gərəkdir, gülüm?, Zəlimxan Yaqub)
Göz-gözə durmuşuq, gülüm, göz-gözə,
Dilimiz lal olub, gözlər danışır.
Baxışlar süzülür ürəyimizə,
Odlu baxışlarda sözlər sayrışır.
(Sevgi şeiri , Ağasən Bədəlzadə)
Mən sənin qarşına
pəncərə şüşəsi kimi çıxdım ki,
mənə baxanda dünyanı görəsən.
Sənsə mənə
güzgüyə baxırmış kimi baxıb keçdin.
(Pəncərə Şüşəsi, Salam Sarvan )
Nə gözəldir ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.
(Dünyanın şeiri , Bəxtiyar Vahabzadə )
Ay ana,düşürsən tez-tez yadıma,
Təzədən dönürəm uşaq oluram.
Dizinə baş qoyub bərk-bərk yatıram.
Bütün qayğılardan uzaq oluram.
(Ana, qurban olum dualarına, Cabir Novruz. )
Məni gözəl xatırla…
Bunlar son misralar…
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından…
Ya da bir yağmur, sel oldum çöllərdə…
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın ve mən bitdim…
(Məni gözəl xatırla, Mikayıl Müşfiq )
Sənin gülüşlərin bir ruzgar кimi
Əsərкən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar кimi
Ruhuma bir sərin işıq saçılır.
(Sənin gülüşlərin , Mikayıl Müşfiq)
Ağlamaq üçün gözdən yaşmı axmalı,
Dodaqlar gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı,
Pis vücudda gözəl ruh, qəlb bağlanmazmı?
(Ağlamaq üçün gözdən yaşmı axmalı?, V.Hüqo)
Sən məhəbbət yolçususan, mənsə, gülüm, məhəbbətəm.
Sən sədaqət elçisisən, mənsə elə sədaqətəm.
Sevənlərin güclüsü sən, eşqin səma ölçüsü sən.
Bəlkə qızıl külçəsisən, mənsə qızıl təbiətəm.
(Sən məhəbbət yolçususan, mənsə, gülüm, məhəbbətəm, Xəlil Rza Ulutürk)
Yanıram dünyanın dərdi-sərinə
Sevincə ikiqat qaynayır qanım.
İndi mən dünyaya Sənin yerinə,
Sənin gözlərinlə baxıram, canım!
(Sənin Gözlərinlə ,Sabir Rüstəmxanlı)
Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
(Bəxtiyaram mən səninlə ,Bəxtiyar Vahabzadə)
Parlayar səmada günəşin nuru,
Qara buludları silər darıxma.
Həsrətə,hicrana batan könlümüz,
Bir gün sevincində bölər, darıxma.
(Ömür yolumuzu daş edən fələk, Gilə Əliqızı)
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
(Gözəldir, Əliağa Vahid)
Ürəklərə qızıl körpü sən atdın ki,
O körpüdən qəhrəmanlıq keçsin gərək!
Namərdləri bu qədər çox yaratdın ki,
Mərdlər azsa, qədrini biz yaxşı bilək?
Ulu Tanrım, şükür sənə!
(Ulu Tanrım, şükür sənə!, Nəbi Xəzri)