Son 20 ilin ən yaxşı 20 türk komediya filmi
Film izləmək istəyirsinizsə, Türkiyənin komediya filmləri yaxşı seçim olar. Ən yaxşı Türk komediya filmlərini bir məqalədə topladıq.
IMDB-də qiymətləndirilən son illərin ən yaxşı komediya filmlərini təqdim edirik:
20. "Eyvah eyvah" - 7,1
Hüseyn Trakyanın kəndində nənə-babasıyla yaşayan gəncdir. Klarnet çalmaqla məşğuldur. Müjganla sevgilidir. Qəflətən gözləmədiyi olay baş verir. İstanbula gələn Hüseynə əvvəl klarneti, sonra müğənni Firuzan dəstək olur. Firuzan gecə klublarında məşhurdur. Hüseynlə tanış olduqdan sonra həyatları daha rəngarəng olur.
19. "Propaganda" - 7,1
Film doğulduğu Hisli Hisar qəsəbəsinə gömrük rəisi olaraq qayıdan Mehdi və uşaqlıq dostu Rəhimin həyatlarından bəhs edir. Yüz illərdir birgə yaşayan Hisli hisarlıların sosial həyatlarını, yaşamlarını, sevgilərini, mərkəzi hakimiyyətdən necə qorunduqlarını filmdə izləmək olar. Mehdinin oğlu Adəmlə Rəhimin qızı Filiz bir-birini sevsələr də, ailələrin yola getməməyinə görə qovuşa bilmirlər.
18. "Kara Bela" - 7,2
Orta yaşlı, həyatı boyu qaydalardan kənara çıxmayan Qüdrətin həyatı dostuna görə baş vurduğu soyğun və onlara qoşulan yeni dostlarla dəyişir. Qaziantepə gedən Qüdrət və dostları həm təhlükəli, həm də komik hadisələrlə qarşılaşırlar.
17. "Neredesin Firuze" - 7,2
Xeyri və Orxan bazara çıxardıqları uğursuz kasetlərdən sonra borca düşən iki musiqi prodüseridir. Sansar adlı menecerin tanış etdiyi Almaniyada yaşayan Fərhadla əlaqə yaradırlar. Telefonda oxuyan Fərhadın səsini bəyənirlər və yeni plan qururlar. Fərhad gəlir oxuyur, çıxan kasetlərlə borclarını ödəyirlər. Firuzə adlı sirli və varlı qadın Fərhadı televizorda görüb bəyənir. Ona sponsorluq etmək istəyir. Əvvəlcə imiclərini dəyişməlidirlər. Yeni ofis, bahalı geyimlər, villa və s.
16. "Yahşi Batı" - 7,3
XIX əsrdə xüsusi tapşırıq üçün padşahın Amerikaya göndərdiyi 2 Osmanlı nümayəndəsi Əziz bəy və Lemi bəy qatarda özləriylə apardıqları almazı qatarı dayandıran quldurlara oğurladırlar. Sonra həm almazı tapmaq, həm də oğurlanan pulları yığmaq üçün bir işə girişirlər. Axtarışda olan cinayətkarları taparaq mükafatlar qazanan dostların başlarına qəribə əhvalatlar gəlir.
15. "Çalgı Çengi" - 7,3
Salih və Gürkan toy, xına mərasimlərində ifaçılıq edən ankaralı xalaoğludurlar. Bir gün səhnədə ifa etmək üçün yola çıxırlar. Bodrumda hazırlaşarkən yanlarında baş verən cinayət hadisəsi komik və dramatik olaylara zəmin yaradır.
14. "A.R.O.G" - 7,3
G.O.R.A planetində əsir olan Arifə nifrət bəsləyən komandir Loqar onu zaman maşınıyla milyon il əvvələ göndərir. Daş dövrünün insanları, dinozavrlar və nəhəng quşların olduğu A.R.O.G-da Arifin yeni macəraları başlayır.
13. "Düğün Dernek" - 7,3
Anadoluda bir kənddə 4 dost birlikdə toy etməyə çalışdıqda ara qarışır və yeni sürprizlər ortaya çıxır.
12. "Organize İşler" - 7,4
İstanbulda quldurluq edən dəstənin rəisi qaçarkən intihar etmək istəyən bir adamın evində yerləşir. Onun həyatını qurtardığına görə özünə qoşmaq istəyir. Sonradan səhvini anlayır.
11. "İftarlık Gazoz" - 7,5
1970-ci illərdə Egenin qəsəbəsində yaşayan Adəm orta məktəbi yeni bitirib. Ailəsindən birtəhər icazə alaraq limonadçı Kamal ustanın şagirdi olur. Ramazanda həm işləyir, həm də oruc tutur. Öyrəşmədiyi üçün çətinlik çəkir, iş zamanı ilğım görür. Bu, Adəmin ən uzun günü olur.
10. "Hokkabaz" - 7,5
İskəndər hoqqabazdır. Əslində, sehrbazdır, amma özü və uşaqlıq dostu Maradonadan başqa hamı onun hoqqabaz olduğunu düşünür. İstanbuldan qaçan dostlar proqramlarına Səidi də daxil edərək riskə girirlər. Üçlüyün başına gözləmədikləri hadisələr gəlir.
9. "Hacivat Karagöz Neden Öldürüldü?" - 7,5
Qaragöz və Hacivat inşaatda çalışırlar. Hər ikisi insanları əyləndirmə qabiliyyətinə malikdirlər. Müxtəlif məclislərə, tədbirlərə dəvət olunurlar. Məşhurlaşırlar. XIV əsrdə Bursada çıxış edərkən o dövrkı vəziyyət, siyasi çəkişmələr insanları meydanlara toplayır. Daha da sevilirlər. Hamı ilə əylənirlər. Bu da onların tragik sonunu yaxınlaşdırır.
8. "Limonata" - 7.6
Senarisi Ali Altay və Ertan Saban tərəfindən yazılan Limonata filmi başqa mədəniyyətlərdən gələn, bir-birini tanımayan iki qardaşın oxşarlıqlarını və fərqliliklərini, hətta davalarını göstərən əyləncəli bir yol hekayəsidir.
7. "Pek Yakında" - 7,7
Keçmiş qaçaq DVD satıcısı olan Zəfər həyatda özünə yer tapa bilmir. Arvadı Arzu ondan ayrılmaq istəyir. Ona özünü sübut etmək üçün son şansı verir. Zəfər həm özünü sübut etmək, həm də arvadına gözəl bir hədiyyə almaq üçün çətinliklərlə üzləşir və komik vəziyyət yaranır.
6. "Bana Masal Anlatma" - 7,8
Filmdə sürücü Rzanın gözəl və incə qəlbli qızı olan Aypəri ilə tanış olmağından bəhs olunur.
5 "G.O.R.A" - 8,0
Anadolunun turistik şəhərlərindən birində tacirlik edən Arif yadplanetlilər tərəfindən qaçırılaraq G.O.R.A adlı planetə aparılır. Arif planetdən qaçmaq üçün çalışır. Bunun üçün komandir Loqarla mübarizə aparmalıdır. Planet kralının qızı Cekuya aşiq olan Arif burada tanış olduğu dostlarının köməyilə Loqara qalib gəlməyə çalışır.
4. "Vizontele" - 8,1
1974-cü il. Vanın Gevoş rayonu. Kəndin futbolçusu Rıfat əsgərliyə gedir. Sevgilisi Asiyə qürurlu qızdır. Üzüldüyünü biruzə vermir. Kəndin digər gənci Emin texnologiya heyranıdır. Bütün kənd kinoyla yatıb kinoyla oyanır. Bir gün TRT-dən bir qrup kəndə TV yaratmaq üçün gəlir, amma bu işi ciddiyə almır. Emin bu məsələni qürur məsələsi edir. Onun dəstəkçisi isə bələdiyyə sədri Nəzmi bəydir.
3. "Aile Arasında" - 8,2
Fikrət və vokalist Solmaz eyni gündə boşanıblar və qəribə hadisələr nəticəsində qarşılaşıblar. Solmazın qızı varlı bir kababçının oğluyla evlənməyə qərar verib. Hadisələr mürəkkəbləşir və Fikrət gözləmədiyi olayların mərkəzində yer alır.
2. "Pardon" - 8,2
İbrahim, Aydın və Müzəffər yaxın dostlardır. İbrahim polis formasından qorxur. Bir gün polisi görüb qaçır. Bundan şübhələnən polis dostları tutur. Günahsız yerə 6,5 il həbsdə qalan dostlar axırda azad olmağı bacarırlar.
1. "Her Şey Çok Güzel Olacak" - 8,2
Baş rolda oynayan Altan (Cem Yılmaz) Nurinin (Mazhar Alanson) dərman fabrikini illərdir açmaq istədiyi bar üçün əsas maliyyə mənbəsi olaraq görür. Nuriylə yaxınlıq edir. Onların başına təhlükəli hadisələr gəlir.