Su içməyi asanlaşdıran 10 təsirli üsul

Gün ərzində su içmək ağlınıza gəlmir? Elə isə, tövsiyələrimizə nəzər salın.

Həyat mənbəyi olsa da, əlsəriyyətimiz susamayana qədər su içmirik. Xüsusən qış aylarında su içməyi tamamən unuduruq. Dietoloq Ayşe Güven bədəndə qan dövranının normal işləməsi üçün su içilməsinin vacibliyini vurğulayıb. O, gündə su içməyin 10 yolunu açıqlayıb.

Su içilməsi qan təzyiqini normallaşdırır, ürək döyünməsini stabilləşdirir, hüceyrələri qidalandırır və onları oksigenlə təmin edir, bədən hərarətini tənzimləyir, orqan və toxumaları qoruyur, qəbizliyin qarşısını alır və elektrolit balansını təmin edir. Su içməmək halsızlıq, aşağı təzyiq, baş gicəllənməsi, şüur pozğunluğu, baş ağrısı və sidiyin tündləşməsi kimi əlamətlərə gətirib çıxara bilər.

Gündə nə qədər su içilməlidir?

Suyun faydaları

Su ehtiyacı yaşa, sağlamlıq vəziyyətinə, hava temperaturuna və digər amillərə görə dəyişir. The National Academies of Medicine dərisində yer alan məlumata görə gün ərzində kişilər 3,7 litr, qadınlar isə 2,7 litr maye qəbul etməlidir. Bu, su və digər qidalardan gələn maye ehtiyatını əhatə edir. Gündə 6-8 stəkan su için.

1. Yeməkdən əvvəl 1 stəkan su için

Gün ərzində hər yeməkdən əvvəl bir stəkan su için. Bəzən susuzluq hissi aclıqla səhv salına bilər. Yeməkdən əvvəl su içmək aclığınızın həqiqi olub olmadığını ayırd edir və daha az kalori itirməyinizi təmin edir.

2. İş yerində olarkən hər saata bir stəkan su için

Su içmək

Gündə 8 saat işləyirsinizsə, hər saata bir stəkan su içmək 2 litr su içməyiniz anlamına gəlir. Bu üsul su içməyinizi istiqrarlı hala gətirər.

3. Xatırladıcılar istifadə edin

İşləyərkən su içmək yadınızdan çıxırsa, bəzi yadasalıcı üsullardan istifadə edə bilərsiniz. Su içmək konsentrasiyanı və ruh yüksəkliyini də artırır.

4. Oyanarkən və yatmazdan qabaq bir stəkan su için

Səhərlər bir stəkan soyuq su içmək asan oyanmağınızı təmin edər. Yatmazdan əvvəl isə su içmək ağız quruluğunun və pis ağız qoxusunun qarşısını alar.

5. Su miqdarı çox olan qidalardan istifadə edin

Su miqdarı çox olan qidalar

Suyla bol olan qidalar maye qəbulunu artırır. Meyvə və tərəvəzlərin su miqdarı yüksəkdir. Ona görə, onlara üstünlük verin.

6. Suyunuzu rəngləndirin

Su qabına təzə meyvə (çiyələk, portağal, limon), tərəvəz dilimləri (xiyar, zəncəfil, kərəviz) və otlar (fəşləyən, nanə, lavanda) əlavə edib bu halda içə bilərsiniz.

7. Tualetdən çıxandan sonra bir stəkan su için

Tualet fasiləsi su qabını yenidən dolsurmaq üçün yaxşı fürsətdir.

8. Su içməyə təşviq edən qablardan istifadə edin

Su içməyə təşviq edən qablar

Bəzən su içməyə getmək ağır bir iş kimi görünür. Su içilməsini ələncəli hala gətirmək üçün xüsusi stəkanlar, şüşə qablar istifadə edin. Bu qabları gözgörən yerlərə qoyun.

9. Xüsusi fəaliyyətlərinizi su içməklə əlaqələndirin

Su içməyi asanlaşdıran üsullar

Məşq və yürüş bitdikdən sonra su için. Spirtli içki içdikdən sonra belə su içməyə əhəmiyyət verin. Beləcə, daha asan toparlanarsınız.

10. Bitki çayı için

Kafein tərkibli içkilər bədənin su itirməsinə səbəb olur. Dadını sevdiyiniz bitki çayları için. Məsələn, nanə, çobanyastığı və digər bitki çayları.

Yazar: İlk yazar