Uyğunsuz xəyal qurmaq nə deməkdir?
Uyğunsuz xəyal qurmaq insanın daim öz təxəyyülünə qapıldığı bir davranışdır. Bu davranış əsasən narahatlıq və stress kimi psixoloji sağlamlıq problemləri olan insanlarda bir mübarizə mexanizmidir.
Bəzi insanlar üçün bu davranış onların işlərini, hobbilərini, dostluqlarını və münasibətlərini poza bilər. Uyğunsuz xəyal qurmaq insanın bəzən saatlarla xəyal qurduğu zehni sağlamlıq problemidir. Bunu edən insanlar son dərəcə canlı və detallı xəyalların içində “özlərini unutmağa” meylli olurlar.
Uyğunsuz xəyal qurma ilə müşahidə olunan bəzi psixi problemlərə aşağıdakılar daxildir:
Diqqətin yayınması
Hiperaktivlik pozğunluğu
Bəzi depressiya növləri
Dissosiativ pozğunluqlar
Uyğunsuz xəyal qurma davranışında yaş da mühüm amildir. Uyğunsuz xəyal qurmaq zehninizə təsir edən problemdir. Zehniniz yalnız sizin sahib olduğunuz xatirələrin, təcrübələrin, düşüncələrin, inancların, duyğuların və daha artığının unikal birləşməsidir. Uyğunsuz xəyal qurmaq bütün simptomların xəyal qurmağın ətrafında fırlandığı bir durumdur.
Semptomlar iki kateqoriyaya bölünür:
Xəyal qurma davranışı
İnsanın xəyal qurmaqla bağlı hiss etdiyi duyğular
Uyğunsuz xəyallarda baş verən xəyal qurmaq davranışı aşağıdakıları əhatə edir:
Sıxlıq: Bu xəyallar standart bir xəyaldan çox daha canlı və detallıdır.
Mürəkkəblik: Bu xəyallar ümumilikdə mürəkkəb süjetlərə malikdir və bir çox insan televiziya şousunun personajları kimi, təkrar-təkrar xəyal etdikləri xarakterlərə sahibdir.
Müddət: Bu şəkildə xəyal quran insanlar bunu uzun müddət, hətta saatlarla edə bilərlər.
Niyyət: Bunu edən insanlar tez-tez bilərəkdən xəyal qurmağa başlayırlar.
Ətraflarında baş verənlərlə əlaqənin kəsilməsi: Buna sahib olan insanlar o qədər güclü xəyallar qura bilirlər ki, onların real dünya ilə əlaqəsi kəsilir. Bu, ağır narahatlıq, depressiya və ya travma keçmişi olan insanlar üçün müdafiə və ya mübarizə mexanizmi kimi dəyərləndirilir. Uyğunsuz xəyallar quran insanlar tez-tez mənfi duyğular və bu problemin təsirləri ilə mübarizə aparırlar.
Bu adətən aşağıdakı formaları alır:
Sosial fəaliyyətlərin pozulması: Uyğunsuz xəyallara malik insanlar başqaları ilə vaxt keçirməkdənsə, təklikdə xəyal qurmağa üstünlük verirlər. İşə, hobbilərə və digər məşğuliyyətlərə müdaxilə: Uyğunsuz xəyal qurmaq işə, dərsə və insanın digər məşğuliyyətlərinə problem yarada bilər.
Utanc və günahkarlıq hissi: Uyğunsuz xəyallar quran insanlar xüsusilə də həyatlarının digər hissələri pozulduqda, xəyallarından dolayı özlərini pis hiss edirlər. Dayanmaq və ya daha az xəyal qurmaq cəhdləri: Uyğunsuz xəyallara malik olan insanlar daha az xəyal qurmağa və ya heç qurmamağa cəhd edirlər.
Uyğunsuz xəyal qurmaq psixoloji sağlamlıq problemi olduğundan, bununla təkbaşına mübarizə aparmaq çətindir. Mütəxəssisə müraciət etmək lazımdır. Uyğunsuz xəyal qurmaq xüsusən işinizə, münasibətlərinizə, ev işlərinizə və hobbinizə təsir edərsə, həyatınızda ciddi problemlər yarada bilər.