Yuxuda əl-ələ tutmaq
Yuxuda əl-ələ tutmaq dostluğa, sevgiyə, bərabərliyə, sülhə işarədir. Yuxu sahibinin sevdikləri uğrunda hər cür fədakarlıq edəcəyini göstərir. Yuxuda əl-ələ tutmaq yuxu sahibinin uğurlu iş ortaqlıqları quracağı, bunun sayəsində varlanacağı anlamına gəlir. Köhnə dostlarla yenidən bir araya gələrək sıx münasibətlər qurmağı ifadə edir.
Yuxuda kiminləsə əl-ələ tutmaq
Yuxu sahibinin əl-ələ tutduğu şəxslə gözəl anlar yaşayacağına dəlalət edir. Onlar birlikdə birgə iş görəcək, əyləncəli vaxt keçirəcəklər.
Yuxuda sevgili ilə əl-ələ tutmaq
Yuxu sahibinin sevgilisi ilə münasibətinin daha da yaxşılaşacağı, aralarındakı sevgi, sədaqət və vəfa duyğusunun güclənəcəyi kimi yozulur.
Yuxuda əl-ələ tutub gəzmək
Yuxuda sahibinin gözəl xəbərlər alacağına, işlərinin yolunda gedəcəyinə, sevdiklərindən ayrılmayacağına işarədir.
Yuxuda əl-ələ tutuşan cütlük görmək
Yuxu sahibinin həyatındakı müsbət dəyişikliklərindən xəbər verir. Yuxu sahibi doğru yolu tapacaq, uğur qazanacaq. O, ondan dəstəyini əsirgəməyən insanla qarşılaşacaq.
Yuxuda əl-ələ tutub qaçmaq
Yuxu sahibinin önünə çıxan xeyirli qapılar və insanlar sayəsində hədəflərinə çatacağı, hüzura qovuşacağı anlamına gəlir.
Yuxuda sarılmaq
Yaxşı əlamətdir. Yuxu sahibinin həyatının gözəl olacağına, maddi sıxıntı çəkməyəcəyinə, ailəsi ilə xoşbəxt yaşayacağına, tanrıya şükr edəcəyinə işarədir.
Yuxuda əl-ələ tutub öpüşmək
İnsanı olduğu kimi qəbul edən ideal həyat yoldaşı tapmaq kimi yozulur. Sevgi dolu bərabərliyin insana əlavə motivasiya verəcəyi, ona gözəl duyğular yaşadacağı kimi təfsir olunur.
Yuxuda ata ilə əl-ələ tutuşmaq
Yuxu sahibinin atasından dəstək alacağına dəlalət edir. Bu dəstək həm maddi, həm də mənəvi anlamları ehtiva edir. Atanın köməyi ilə iş qurmaq, ailə şirkətini idarə etmək mənalarını verir. Əgər yuxu sahibinin atası vəfat edibsə, ondan qalan mirasa işarədir.
Yuxuda ana ilə əl-ələ tutuşmaq
Ömür boyu ana dəstəyi və sevgisi görmək, əmməlləri ilə ailəni qürurlandırmaq deməkdir. Yuxu sahibinin anasının duaları sayəsində hüzurlu həyat sürəcəyindən xəbər verir.
Yuxuda keçmiş sevgiliylə ilə əl-ələ tutuşmaq
Ayrıldığın şəxslə yenidən bir araya gəlməyə işarədir. Yuxu sahibinin ayrıldığı və unutmadığı sevgilisindən xəbər alacağı mənasını verir. Bu yuxu əsasən keçmiş sevgilərin yenidən canlanacağını ifadə edir. Əgər əvvəlki səhvlər təkrarlanmasa, münasibət sağlam və xoşbəxt şəkildə irəliləyəcək.
Yuxuda uşaqla əl-ələ tutuşmaq
Belə yuxu görən şəxs mərhəmətli olar və sosial yardımlaşma layihələrinə baş vururlar. Yuxu sahibininistiqanlı olacağı, hər kəsin qayğısına qalmağa çalışacağı kimi yozulur. O, valideyn kimi də məsuliyyətli və nümunəvi olacaq.
Yuxuda əl-ələ tutub yatmaq
Sağlamlıq problemlərinin olmamasından xəbər verir. Yuxu sahibinin evləndiyi şəxsin mənəvi dünyasının zəngin olduğu anlamına gəlir. Onların bir-birilərinə olan inamı sarsılmaz olacaq. Yuxu sahibi düşmənlik münasibətlərindən uzaq olaraq hər kəslə mehriban münasibət quracaq.
Yuxuda əl-ələ tutmağın psixoloji yozumu
Qələbəlik ortamları sevən, hər şeyi paylaşmaq istəyən, dostluğa böyük önəm verən insanları ifadə edir. Yuxu sahibinin sosial mövzularda dəstəyə ehtiyacı olduğundan xəbər verir. Sevməyə, sevilməyə, münasibətlərə ciddi əhəmiyyət verməyə işarədir.