Yuxuyozma
24.08.22 10:55
Yuxuda hamiləlik testi etmək nə anlama gəlir?
Yuxu sahibinin yuxusunda hamiləlik testi aparması və hamiləliklə bağlı vəziyyətlər yaşaması onun yeni başlanğıclara imza atacağına işarədir. Yuxusunda hamiləlik testini sevinclə qarşıladığını görən insan, yeni hadisələrə və vəziyyətlərə asanlıqla uyğunlaşa biləcək. Yuxusunda hamiləlik testindən qorxduğunu görən insan, yeni vəziyyətləri qəbul etməyəcək və könülsüz davranacaq.
Yuxuda xəstəxanada hamiləlik testi verdiyini görmək
Yuxu sahibinin başqalarının köməyi ilə yeniliklərə nail olacağı və bəzi dəyişikliklərin onun istəkləri
xaricində olacağı kimi yozulur.
Yuxuda xəstəxanada doğmaq
Yuxu sahibinin üzünə yeni qapıların açılacağına, həyatında dönüş yaşayacağına dəlalət edir. Yuxuda xəstəxanada doğduğunu görmək yuxu sahibinin yaxın gələcəkdə xoş xəbərlər alacağından xəbər verir.
Yuxuda xəstəxanada doğuş sancısı çəkdiyini görmək
Keçmişdə yaşanılan üzüntü və kədəri geridə qoymağı ifadə edir. Yuxuda sancıdan qıvrıldığını görmək keçmiş səhvlərdən nəticə çıxarmaq və peşman olmaq əlamətidir. Yuxuda xəstəxanada doğuş sancısı çəkdiyini görən şəxsin istəklərinin reallaşması üçün səbir və dözüm tələb olunur.