Yuxuda pilləkənləri qalxmaq nə anlama gəlir?
Yuxuda pilləkənləri çıxmaq insanın çox çalışaraq yaxşı işlər görəcəyinə işarədir. O, xəyallarını reallaşdırmaq üçün bütün maneələri aşacaq. Pilləkənləri qalxmaq ambisiya və əzmkarlıq deməkdir. Yuxu sahibinin arzu və istəklərinin zamanla gerçəkləşəcəyindən xəbər verir.
Yuxuda qaçaraq pilləkənləri qalxmaq
Yuxu sahibinin xəyallarına qovuşmaq üçün əlindən gələni edəcəyini bildirir. Əgər evlənmək istəyirsə, qarşısına yaxşı bir qismət çıxacaq.
Yuxuda çətinliklə pilləkənləri qalxmaq
Yuxu sahibinin həyatındakı sıxıntıların zamanla azalacağına dəlalət edir. Mövcud problemlər aradan qalxacaq. Əgər insan ailəsinə qarşı küskünlük yaşayırsa, bu vəziyyət tezliklə həllini tapacaq. Yuxuda çətinliklə pilləkənləri qalxmaq zəhmət və bol gəlirdən xəbər verir. Yuxu sahibi əldə etdiyi pulla ailəsini sevindirəcək. Təfsirçilərin fikrincə, yuxu sahibinin ətrafındakı mənfi hadisələrə biganə qalacağını göstərir.
Yuxuda pilləkənlərə qalxmaq və yıxılmaq
Yuxu sahibinin qarşısını almağa çalışan insanların varlığından xəbər verir. Ona görə də ehtiyatlı olmalıdır. Etibarın azalması, xəyanətlərin çoxalması kimi yozulur. Yuxuda pilləkənləri çıxarkən yıxılmaq problemləri ifadə edir. Yuxu sahibi diqqətli olmalı, ailəsindən dəstək almalıdır.