Yuxuda uşaq əmizdirmək nə anlama gəlir?

Yuxuda uşaq əmizdirmək, yuxu sahibi qadındırsa, yaxşı yuxudur. Yüksək mövqe sahibi olmağa və zənginləşməyə işarədir. Hüzur və bərəkət rəmzidir. Yuxuda uşağı əmizdirdiyini görmək bütün bəlalardan qurtulmaq, xəstəliklərə çarə tapmaq deməkdir.

Yuxuda uşağın döş əmdiyini görmək

Yuxuda uşağın döş əmdiyini görmək

Yuxu sahibinin ruzisinin bol olmasına dəlalət edir. Yuxuda öz uşağını əmizdirmək uşağın gələcəkdə çox uğurlu olacağı, ailəsinə maddi və mənəvi cəhətdən dəstək olacağı anlamına gəlir. Yuxuda tanımadığın bir uşağı əmizdirdiyini görmək xoşbəxtlik və hüzur simvoludur. Bu yuxu arzu və istəklərin qəbul olması deməkdir.

Yuxuda oğlan uşağı əmizdirmək

Yuxuda oğlan uşağına süd vermək sevinci, qız uşağına süd vermək isə kədəri ifadə edir. Yuxuda hər iki döşü ilə uşaq əmizdirmək xoşbəxtlikdən xəbər verir.

Yuxuda qız uşağı əmizdirmək

Xeyirli yuxu hesab edilir. Yuxu sahibi subaydırsa, evlənəcəyinə işarədir. Yuxuda qız uşağı əmizdirmək qazanc kimi yozulur. Yuxu sahibinin uğuru ilə fəxr edəcəyi mənasını verir.

Yuxuda özünün süd əmdiyini görmək

Yuxuda özünün süd əmdiyini görmək

Yuxu sahibinin mal-mülkünü itirəcəyinə, böyük şanssızlıq yaşayacağına dəlalət edir. Yuxu sahibinin
atacağı addımlar və edəcəyi yanlış sərmayələrlə bütün ailəsini çətin vəziyyətə salacağı kimi yozulur.

Yuxuda əkiz uşaqlar əmizdirmək

Yuxu sahibinin həyatında gözəl anların yaşanacağından xəbər verir.

Yuxuda məsciddə uşaq əmizdirmək

Yuxu sahibinin dualarının qəbul olacağına, çoxlu pul qazanacağına, şad xəbərlər alacağına işarədir.

Yuxuda kilsədə uşaq əmizdirmək

Zərərli bir iş və həyat yoldaşıyla münasibətlərin pisləşməsi anlamına gəlir.

Yuxuda pişik əmizdirmək

Yuxu sahibinin hiyləgər və pis bir insanı həyatına daxil etdiyini bildirir.

Yuxuda it əmizdirmək

Yuxu sahibinin həyatına daxil olan yeni insan ucbatından çətin günlər yaşayacağına dəlalət edir.

Yuxuda qoyun əmizdirmək

Yuxuda qoyun əmizdirmək

Yuxu sahibinin sıxıntılarının bitəcəyini göstərir.

Yuxuda canavar əmizdirmək

Yuxu sahibinin güclü və kobud bir insanla eyni mühitdə olacağından xəbər verir.

Yazar: İlk yazar