Azərbaycanda boşanmaların səbəbləri açıqlanıb

Azərbaycanda boşanmaların səbəbləri açıqlanıb

"Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerdə tərəflərin xasiyyətlərinin tutmadığı göstərilir". Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

O deyib ki, əslində, nikahın pozulmağını istəyən tərəflərin xasiyyətlərinin tutmaması ümumiləşmiş səbəbdir: "Bu səbəbi araşdıranda, tərəfləri dinləyəndə müxtəlif və fərqli məqamlara rast gəlinir".

Komitə rəsmisinin sözlərinə görə, birgəyaşayış üçün insanlar bir-birinə uyğunlaşmalıdırlar: "Uyğunlaşma olmayanda, yəni dünyagörüşü, həyata baxış, əqidə, həyat haqqında düşüncələr nikah quran şəxlər arasında bir-birini tamamlamırsa, bu, böyük problemlərə yol açır".

A.Veysəlova qeyd edib ki, zərərli vərdişlərə aludəçilik də boşanmanın səbəbləri sırasında yüksək faiz təşkil edir: "Tərəflərdən biri hansısa bir vərdişinin olduğu haqqında tərəf müqabilinə xəbər vermir, gizlədir. Bu cür hadisələr isə sonradan ailədaxili münaqişənin səbəblərinə və boşanmalara gətirib çıxarır".

Azərbaycanda boşanma

Komitə rəsmisinin sözlərinə görə, digər bir məsələ də reproduktiv sağlamlıqla bağlıdır: "Reproduktiv sağlamlıq çox vacib məsələdir. Ailə qurmağı planlaşdıran tərəflər bir-birilərinə öz sağlamlıqları haqqında məlumat verməlidirlər, bu mütləqdir".

A.Veysəlova qeyd edib ki, ailədaxili zorakılıq, qadın və kişinin həddindən artıq qısqanc olması, bir-birilərini həddən artıq nəzarətdə saxlamaları da boşanmalar zamanı əsas səbəb kimi göstərilir.

Report.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6215 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib
UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.ILK.AZ Azərtac-a istinadən xəbər verir...
  • 20 dəq. əvvəl
  • 3
Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır
İtaliyanın Rimini şəhərində keçirilən “MacFrut” sərgisində ADA və Bolonya...
  • 35 dəq. əvvəl
  • 7
Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Kuba Xalqlar...
  • 1 saat əvvəl
  • 12
Konfrans Liqasında ilk finalçı bəlli olub
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki,...
  • 2 saat əvvəl
  • 24
Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb
Rusiyanın Londondakı hərbi attaşesi Böyük Britaniyadan çıxarılıb.ILK.AZ Azərtac-a...
  • 2 saat əvvəl
  • 27
“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib
“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Fransanın Marsel şəhərinə...
  • 2 saat əvvəl
  • 28