Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

İkinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor P.Həşimov və polkovnik İ.Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.

Hərbi Okestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərinə və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.
Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.

General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.
E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.

Şəhid zabitlərimizlə vida mərasimi

vida mərasimi keçirilib

Şəhid anası

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Zakir Həsənov şəhid mərasimi

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib 2020

Polad Həşimov vida

Polad Həşimov vida mərasimi keçirilib

Mənbə: mod.gov.az

Məqaləyə emosiya bildir:
3 il əvvəl
7116 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib
Azərbaycanın İrandakı Baş konsulluğunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin...
  • 1 dəq. əvvəl
  • 0
Hindistanda 70-ə yaxın aviareys ləğv edilib
Hindistanın “Air India Express” aviaşirkəti 70-ə yaxın uçuşu ləğv edib. Buna səbəb...
  • 16 dəq. əvvəl
  • 4
Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər
Azərbaycan vətəndaşı olan iki tələbə Türkiyədə mayın 19-da geniş şəkildə qeyd...
  • 30 dəq. əvvəl
  • 5
KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində ənənəvi İllik...
  • 35 dəq. əvvəl
  • 4
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib
9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə...
  • 36 dəq. əvvəl
  • 4
2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur
DOST Agentliyi indiyədək 20-dən çox beynəlxalq mükafat və sertifikatla təltif edilib....
  • 44 dəq. əvvəl
  • 5