Çiban nədir? Çiban müalicəsi üçün 8 təbii müalicə üsulu

Dəri xəstəliyi olan və bir çox səbəbdən dolayı ortaya çıxan çiban yaralarının müalicə üsullarını araşdırmışıq. Çiban müalicəsində istifadə edilə biləcək bitkiləri və dərmansız müalicə üsullarını sizə
təqdim edirik.

1. Hind yağı

Hind yağının faydaları

İnfeksiyaların aradan qaldırılmasına kömək edən hind yağını gündə 2-3 dəfə pambığa batıraraq çibanların üzərinə çəkmək lazımdır. Bu, çibanları tədricən yox edəcək.

2. Zərdəçal

Çiban müalicəsində zərdəçal

4 çay qaşığı zərdəçalı suyla qarışdırın. Xəmir forması alan qarışığı çibanlara tətbiq edin.

3. Zirə

çibanın müalicəsində zirə

Zirə də çibanın müalicəsində istifadə olunan bitki mənşəli məhsullardandır. Zirəni su ilə qarışdırıb çibanların üzərinə çəkin.

4. Sarımsaq suyu

sarımsaq və su

Bir neçə diş sarımsaqdan əldə olunan suyu çiban yarasına sürtün. Bunun sayəsində çibanların təsiri azalır.

5. Fındıq yarpağı

Çiban müalicəsində fındıq yarpağı

Fındıq yarpaqlarını əzərək xəmir halına gətirin. İsti su ilə qarışdırın və həftədə bir neçə dəfə çibanlara sürtün.

6. Çay ağacı yağı

Çay ağacı otu və yağı

Çay ağacı yağı həm mikroblarla mübarizə aparır, həm də müalicə baxımından müsbət təsir göstərir. Çay ağacı yağından bir neçə damcı çibanlara sürtün. Mütəmadi istifadə etdikdə yaxşı təsir göstərir.

7. Qara məlhəm

Çiban müalicəsində qara məlhəm

Qara məlhəm çibaının içindəki irin və qanı xaric edir. Qara məlhəm yarada iz qoya bilər.

8. Alma sirkəsi

alma və alma sirkəsi

Alma sirkəsi çibanları aradan qaldırmaqda təsirlidir. Alma sirkəsi, ümumiyyətlə dəriyə faydalıdır.

Çiban nədir?

Çiban haqqında

Çiban, dəridəki stafilokoksik apse, yəni irin yığımıdır. Yorğunluq, yuxusuzluq, stress kimi bədən müqavimətini azaldan hər hansı səbəb və ya diabet, dəmir çatışmazlığı və anemiya kimi vəziyyətlər çiban çıxmasına səbəb ola bilər.

Çiban niyə çıxır?

Xəstəliyi asanlaşdıran səbəblər var. Otaq hərarətinin yüksək olması da bakterial infeksiyalara səbəb ola bilər. Dərinin qəfildən ortaya çıxan bakteriyalara qarşı mikrobik töküntüsü olan çiban, əsasən bakteriyaların tük köklərinə yerləşməsi nəticəsində yaranır. Ani qızarıqlıq, dəridə şişkinlik, ağrı və zonquldama kimi əlamətlərlə meydana çıxan çiban, daha çox dərinin qatlanan bölgələrində, beldə və ayaqlarda görülür.

Çibanın tez-tez çıxamsı xəstəlik əlamətidir?

üzdə çibanın çıxması

Çibanın mütəmadi olaraq çıxması bəzi xəstəliklərdən xəbər verə bilər.

1. Şəkər xəstəliyi
2. Tiroid xəstəlikləri ilə bağlı aşırı tərləmə
3. İmmun sisteminin zəifləməsi


Xüsusən xərçəng xəstələrində və böyrək çatışmazlığından əziyyət çəkənlərdə çibana rast gəlinir. Xəstəliklərlə yanaşı, hərəkətsizlik, çox oturmaq, çox tərləmək kimi dutumlar da tez-tez çiban çıxarmağa səbəb ola bilər.

Çibana kimlərdə rast gəlinir?

Əsasən yetkin insanlarda meydana gələn çiban, həm qadında, həm də kişidə çıxa bilər. Şəkər xəstəliyi də çiban çıxmasına səbəb olur. Düzgün qidalanmamaq, vitaminsiz qalmaq, qansızlıq kimi xəstəliklər, immun sisteminin zəifliyi çiban çıxamasını şərtləndirən problemlərdəndir.

Çibanı partlatmaq olar?

Çibanı partlatmaq həm doğru, həm də yanlışdır. Çibanı partlatmaq tibbi üsulun bir mərhələsi olsa da, bunun nə zaman ediləcəyi böyük önəm kəsb edir. Çiban ilk dövründə, yəni qızarıq və sərt olanda partladılmamalıdır. Çibanın ortası yumşalıb sarı rəngə çalanda partlatmaq olar. Bunu sterilizasiya olunmuş iynə və ya bıçaq ucu ilə etmək olar. Bəzi nahiyələrdə çıxan çibanları partlatmaq olmaz.

1. Xarici qulaq yolu
2. Burun dəliklərinin ətrafı
3. Üst dodaq ətrafı

Bu nahiyələrdəki çibanları partlatmaq çibanın içindəki iltihabın böyük qan damarlarına boşalmasına və beyin damarlarının tıxanmasına, menengitə səbəb ola bilər.

Çiban necə aradan qaldırılır?

Yerləşdiyi bölgəyə və xəstəliyini növünə görə çiban müxtəlif yollarla aradan qaldırıla bilər? Sürtmə dərmanlar və ay antibiotik atmaq lazım gələ bilər. Çiban partladıldıqda dəri altında infeksiya yığılmasına səbəb ola bilər. Antibiotik müalicəsi başladıqdan sonra 5-6 gün ərzində çibana müdaxilə edilə bilər. Kənardan sürtülən antibiotik məlhəmlər də yaxşılaşma prosesini sürətləndirir.

Çibanı sağaltmaq üçün evdə nə etmək olar?

beldə çiban çıxması

Təmiz dəsmalı isti suda isladaraq çibanın üzərinə qoymaq olar. Bu, çibanın sağalmaq müddətini azaldır. Belə halda çibandakı iltihab bir nöqtəyə yığılar. Daha sonra çibandakı iltihab sarı kisəcik halını alır. Bunu isə sterilizasiya olunmuş iynə və ya bıçaq ucu ilə deşib kənara xaric etmək olar. Antibiotik tərkibli məlhəmi də çiban üzərinə tətbiq etmək mümkündür.

Çiban müalicə edilmədikdə nə ilə nəticələnir?

Çiban öz-özünə də sağala bilər, lakin bəzi durumlar təhlükəli nəticələr meydana gətirə bilər. İmmuniteti zəif olan insanlarda və şəkər xəstələrində çiban arzuolunmaz nəticələrə yol aça bilər. Çiban daxili orqanlara yayıla və qan zəhərlənməsinə səbəb ola bilər. Mikrobların beyin toxumalarına doğru irəliləməsi şüur pozğunluğu və koma vəziyyətinə gətirib çıxara bilər. Buna görə xəstəliyi olan insanlarda çiban çıxması zamanı həkimə müraciət etmək lazımdır.

Təbii müalicə üsulları çiban müalicəsində təsirlidir?

Təbii müalicə üsulları çiban müalicəsində istifadə edilə bilər. Aromaterapiya və homeopatiya kimi üsullar bədənin mikroblara qarşı müdafiə sistemini aktivləşdirir. Beləliklə, təbii qoruyucu maddələr olan antikorlar daha aktiv bir hala gəlir və mikroblara qarşı mübarizə aparır. Bu məqsədlə bəzi bitkilərdən istifadə olunur. Çin təbabətində də bəzi üsullardan istifadə edilir. Təbii müalicə elə, bu proses mütəxəssis nəzarəti altında aparılmalıdır.

[xeberdarliq]

Yazar: İlk yazar