
Üzün fərqli hissələrində yaranan sızanaqların səbəbləri
Əgər sızanaqlar üz dərinizin müəyyən hissəsində təkrarən əmələ gəlirlərsə əsl problem daxildə gizlənib deməkdir. Üzünüzdəki sızanaqlar xəstəlik əlaməti ola bilər. Sızanaqların çıxdığı hissəyə görə xəstəliyi müəyyənləşdirmək mümkündür. Üzümüzdəki müxtəlif hissələrdə yaranan sızanaqların səbəblərini təqdim edirik:
1. Alın nahiyəsi
![]()
Alında sızanaqlara çox rast gəlinsə də, fərqli problemlər yarada bilər. Alın nahiyəsində çoxlu sızanaq çıxmasının stress, yuxusuzluq kimi səbəbləri var. Bu, qaraciyər, sinir sistemi və qidalanma ilə bağlı problemlərdən də xəbər verə bilər.
2. Çənə
![]()
Çənədə olan sızanaqlar əsasən hormonal problemlərlə bağlıdır.
3. Üzün kənarları
![]()
Araşdırmalara görə, üzün kənarlarında yaranan sızanaqlar hormonal problemlər və dəri səthindəki qaralmaların əlaməti ola bilər. İstifadə etdiyiniz kosmetik məhsulları dəyişməyinizdə fayda var.
4. Yanaqlar
![]()
Yanaqdakı sızanaqların əsas səbəbi gündəlik şəkər miqdarıdır. Bundan başqa, bəzi tənəffüs yolu xəstəlikləri və ağciyər problemləri ilə əlaqədar olaraq yanaqlarda sızanaqlara rast gəlinir.
5. Qaşların arası
![]()
Qaşların arasında sızanaq çıxması qaraciyərlərdə əmələ gəlmiş problemlərlə əlaqəli ola bilər.
6. Burun və üst dodağın kənarları
![]()
Bu hissədə sızanaqlardan əziyyət çəkən şəxslər həkimə müraciət etməlidirlər. Burunda olan sızanaqlar ədviyyatlı qidalardan istifadə etməməklə bağlı ola bilər. Üst dodağın kənarında yaranan sızanaqlar isə ürək, dalaq və qaraciyər problemlərindən xəbər verə bilər.